Prezident NyuYorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb


Siyasət 22 Sen 2025 23:09:00 82 0

Prezident NyuYorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.

Son.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda "Neuberger Berman" şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş "Neuberger Berman" qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.

Xəzərdə zəlzələ oldu like
  • 22 Sen 23:01  
Digərləri Xəzərdə zəlzələ oldu

Sentyabrın 22-də Xəzər dənizində zəlzələ baş verib.

arrow Ətraflı
İlham Əliyev Brüs Flətt ilə görüşüb like
  • 22 Sen 23:00  
Siyasət İlham Əliyev Brüs Flətt ilə görüşüb

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Y

arrow Ətraflı
Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş like
  • 22 Sen 23:00  
Digərləri Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

Tanınmış təzyiq dərmanı 1-ci tip şəkər xəstəliyində insulin istehsa

arrow Ətraflı
Məşhur serialın aktrisası çəkiliş zamanı ədəbsiz hərəkət edib?  açıqlama like
  • 22 Sen 22:45  
Şou-biznes Məşhur serialın aktrisası çəkiliş zamanı ədəbsiz hərəkət edib? açıqlama

Show TV-də yayımlanan və reytinq rekordları qıran "Kızılcık Şerbet

arrow Ətraflı
“Oğluma və nəvələrimə problem yaradacaqdı, ona görə gəlinimi öldürdüm” like
  • 22 Sen 22:29  
Kriminal “Oğluma və nəvələrimə problem yaradacaqdı, ona görə gəlinimi öldürdüm”

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayev

arrow Ətraflı
Albert Aqarunovun vurduğu tankın komandiri öldü like
  • 22 Sen 22:26  
Digərləri Albert Aqarunovun vurduğu tankın komandiri öldü

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni ta

arrow Ətraflı
Azərbaycana payız fəsli daxil oldu like
  • 22 Sen 22:19  
Digərləri Azərbaycana payız fəsli daxil oldu

Azərbaycana payız fəsli daxil olub.

arrow Ətraflı
Teztez ağrıkəsici qəbul edənlərin nəzərinə!  Uroloqdan xəbərdarlıq like
  • 22 Sen 22:13  
Digərləri Teztez ağrıkəsici qəbul edənlərin nəzərinə! Uroloqdan xəbərdarlıq

Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.

arrow Ətraflı
Bakıda şadlıq sarayı yandı like
  • 22 Sen 22:06  
Digərləri Bakıda şadlıq sarayı yandı

Bakının Xətai rayonunda yerləşən "Təbrik" şadlıq sarayında y

arrow Ətraflı
"Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır” like
  • 22 Sen 21:54  
Digərləri "Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır”

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynl�

arrow Ətraflı
Xızıda ağır qəza  ölən var like
  • 22 Sen 21:50  
Digərləri Xızıda ağır qəza ölən var

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Kamçatkada güclü zəlzələ oldu like
  • 22 Sen 21:45  
Digərləri Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 6.3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
"Oğlanlar buna görə evlənməyə qız tapmır" like
  • 22 Sen 21:24  
Şou-biznes "Oğlanlar buna görə evlənməyə qız tapmır"

"Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı o

arrow Ətraflı