Çində yeni virus təhlükəsi: minlərlə yoluxma, fövqəladə vəziyyət elan olundu
Dünya 21 Sen 2025 19:39:00 79 0
Çinin cənubundakı Guangdong əyalətinin Ciangmın şəhərində sivrisineklər vasitəsilə yayılan Çikungunya qızdırması sürətlə yayılır. Rəsmi məlumata görə, indiyədək 1714 yoluxma halı qeydə alınıb. Bununla bağlı şəhərdə 3-cü səviyyə "ictimai sağlamlıq üzrə fövqəladə vəziyyət" elan olunub.
Bu xəbəri də oxu: İsrail fələstinlilərlə bağlı sərt qərar verdi
Şəhər səhiyyə idarəsinin açıqlamasına görə, yoluxanların hamısında xəstəlik yüngül formada müşahidə olunub. Hazırda ağır xəstə və ya ölüm halı qeydə alınmayıb.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına əsasən, Çikungunya virusu çox sürətlə yayılan xəstəlikdir və indiyədək Amerika qitəsi, Asiya, Afrika, həmçinin məhdud miqyasda Avropada epidemiyalara səbəb olub.
Xəstəlik əsasən hərarət və oynaq ağrıları ilə başlayır. Bundan əlavə, oynaqlarda şişkinlik, əzələ və baş ağrısı, ürəkbulanma, halsızlıq və dəri səpgiləri ilə özünü göstərir.
Avqust ayında da Guangdong əyalətinin Foşan şəhərində oxşar epidemiya baş vermiş, yoluxma halları bir gün ərzində 600-ə qədər yüksəlmişdi.
Hazırda Ciangmında vəziyyətin nəzarət altında saxlanılması üçün tədbirlər gücləndirilib. Lalə Qüdrətova Son.az
2025-ci ilin payız ulduz falı bu bürc üçün qəfil dəyişikliklər və yen

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikit

"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzr

Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra bəzi iri

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadis�

"Hara gedirəm soruşurlar ki, iş verildi? Əmək kitabçamın nüsxəsini

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmay

Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı b

Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin Azərbaycan Respublikasına r�

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda Bülbülə kənd qəbiri

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr

Gəncə şəhərində 18 yaşlı oğlan döyülüb.

Şimal Devon sahillərində, Bristol Körfəzində yerləşən Lundiy adası (Lu
