Prezident yeni fond yaratdı FƏRMAN


Siyasət 19 Sen 2025 17:30:00 75 0

Prezident yeni fond yaratdı  FƏRMAN

Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.

Müəyyən edilib ki, Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;

Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Fondun vəsaitindən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq subsidiya ödənilməsi üçün istifadə edilir:

sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

Nazirlər Kabineti bu Fərmanın 2.1.2-ci yarımbəndinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtlərini; bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2026-cı il yanvarın 1-dən bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlasın və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırmalı, Agentlik və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində Fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etməli, bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərmanın 2.1.1-ci yarımbəndi 2026-cı il yanvarın 1-dən, 2.1.2-ci yarımbəndi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib like
  • 19 Sen 17:27  
Siyasət Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünva

arrow Ətraflı
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb like
  • 19 Sen 17:19  
Digərləri Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb

Füzuli rayon Arayatlı tam orta məkətbin direktoru Ələddin Hüseynovun evin

arrow Ətraflı
Mənzurə toyda PƏRT OLDU like
  • 19 Sen 17:05  
Şou-biznes Mənzurə toyda PƏRT OLDU

Müğənni Mənzurə Musayevanın başına iş gəlib.

arrow Ətraflı
"Bu baş verərsə, RusiyaUkrayna münaqişəsi bitəcək" like
  • 19 Sen 16:53  
Dünya "Bu baş verərsə, RusiyaUkrayna münaqişəsi bitəcək"

"Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son

arrow Ətraflı
“Bu yolda bir neçə dəfə belə hadisə olub...”  Uşaqların əmisi danışdı like
  • 19 Sen 16:47  
Digərləri “Bu yolda bir neçə dəfə belə hadisə olub...” Uşaqların əmisi danışdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Lənkəran-Lerik yolunun �

arrow Ətraflı
Erkən nikahlarla bağlı qanun sərtləşdirilə bilər like
  • 19 Sen 16:38  
Digərləri Erkən nikahlarla bağlı qanun sərtləşdirilə bilər

"Erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə tək

arrow Ətraflı
Rusiyada daha bir güclü zəlzələ oldu like
  • 19 Sen 16:30  
Digərləri Rusiyada daha bir güclü zəlzələ oldu

Rusiyanın Kamçatka şəhərində 5.5 bal gücündə daha bir güclü zəlzəl�

arrow Ətraflı
Gələn il pensiyalar bu qədər ARTACAQ like
  • 19 Sen 16:26  
Digərləri Gələn il pensiyalar bu qədər ARTACAQ

Pensiyalarda artım gözlənilir. Dəqiq rəqəm dekabr ayının sonu bilinəcə

arrow Ətraflı
Bakıda yağış yağacaq  XƏBƏRDARLIQ like
  • 19 Sen 16:22  
Digərləri Bakıda yağış yağacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərəd�

arrow Ətraflı
"Quranı dədən yazıb?!"  "TikTok"dan polisə getdi like
  • 19 Sen 16:16  
Digərləri "Quranı dədən yazıb?!" "TikTok"dan polisə getdi

"TikTok" platformasında yayımlanan bəzi canlı videolarda dini və

arrow Ətraflı
Hərbi prokurorun müavini işdən çıxarıldı, yerinə o təyin edildi like
  • 19 Sen 15:55  
Digərləri Hərbi prokurorun müavini işdən çıxarıldı, yerinə o təyin edildi

Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov

arrow Ətraflı
Tanınmış aktyor qəzada öldü  FOTO like
  • 19 Sen 15:46  
Şou-biznes Tanınmış aktyor qəzada öldü FOTO

ABŞ-ın Los-Anceles şəhərində tanınmış aktyor və fotoqraf Bred Everett

arrow Ətraflı
Almaniyada azərbaycanlının kuratorluğu ilə “ღ” layihəsi təqdim olunub like
  • 19 Sen 15:44  
Kriminal Almaniyada azərbaycanlının kuratorluğu ilə “ღ” layihəsi təqdim olunub

Berlındə qazaxıstanlı sənətçi Anna Kin-in "ღ" (oxunuşu: &quo

arrow Ətraflı
Yeni tikili bünövrəsindən mənzil almağın sirri  Nələrə diqqət etməliyik? like
  • 19 Sen 15:30  
Digərləri Yeni tikili bünövrəsindən mənzil almağın sirri Nələrə diqqət etməliyik?

Yeni tikili binalarda bünövrədən mənzil almaq bir çoxları üçün sərfə

arrow Ətraflı