Xətlənmə yoxdur amma cərimə yazılır Sürücülər şikayətçidir
Digərləri 19 Sen 2025 12:34:00 80 0
Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində "Azparkinq" tərəfindən təşkil edilən parklanma yeri sürücülərin narazılığına səbəb olub.
Bu xəbəri də oxu: Bugün qəzada ölən bacıqardaşın FOTOsu
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, "8-ci kilometr bazarı"nın yanındakı ərazidən video çəkərək sosial şəbəkədə paylaşan şikayətçi orada parklanma yerini göstərən xətlənmənin olmadığını bildirib.
Sürücünün sözlərinə görə, bir qədər kənarda parklanmaya dair nişanı tapa bilib. Lakin bu nişan ağacların arasında olduğundan onu tapmaq xeyli çətindir: "Məni burada parklanma qaydalarını pozduğuma görə cərimə ediblər. Halbuki yerdə xətlənmə yoxdur, digər nişanı isə görüb buranın "Azparkinq" ərazisi olmasını bilmək çox çətindir. Parkinq əməkdaşı da dərhal gəlib cərimə yazır".
Vətəndaş aidiyyəti qurumların məsələyə reaksiya verməsini xahiş edib.
Qeyd edək ki, parklanma yerlərinin təşkili, parklanmaya görə cərimələr və mobil tətbiqdəki anlaşılmazlıqlarla bağlı tez-tez şikayətlər səslənir.
Həmin videonu təqdim edirik:
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ha

Sosial şəbəkələrdə yayılan görüntülər etiraz doğurub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliy

Çeçenistan rəhbəri Ramzan Kadırov övladları ilə bağlı danışmaq istə

Bakıda bəzi iri marketlərdə müştərilər endirim adı ilə aldadılır.

İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

"Leobank"a məxsus "Leo Kart"la ödəniş etməkdə çətinl

Azərbaycan "Grant Facility for Project Preparation" mexanizmi çərç

"Azərbaycan tarixində mühüm mərhələlərdən biri - Xankəndi, Xocal�

ATV-nin məşhur intellektual yarışması "Kim milyonçu olmaq istəyir&qu

"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun pu

Paytaxtın Aşıq Molla Cümə küçəsində elektrikli avtomobillər üçün n�

Yaponiyada keçirilən gözəllik müsabiqəsinə "Miss Universe Japan&quo

Xəbər verdiyimiz kimi, gözlənilən "İphone 17" modeli təqdim ol
