Tramp ailəsi bir gecədə 6 milyard dollarlıq sərvət qazandı
Digərləri 03 Sen 2025 08:46:00 82 0
ABŞ Prezidenti Donald Tramp və ailəsi yeni kriptovalyuta addımı ilə bir gecədə 6 milyard dollar qazanıb. Bu nəhəng gəlir, illərdir davam edən daşınmaz əmlak imperiyasını belə kölgədə qoyaraq ailənin ən dəyərli sərvəti halına gəlib.
Bu xəbəri də oxu: Dələduzlar "telegram"da elə üsuldan istifadə edirlər ki, ağlınızın ucundan belə keçməz
Tramp ailəsi, "World Liberty Finance" (WLFI) adlı kripto layihəsindəki payları ilə diqqət çəkir. Yeni bazara çıxarılan kriptovalyuta sayəsində Tramp ailəsi 6 milyard dollarlıq kağız üzərində sərvət əldə edib. Bu qazancın Tramp ailəsinin prezidentlik dönəmindəki ən böyük maliyyə uğuru olduğu qeyd olunur.
Məlumatlara görə, ailə bazarda mövcud olan bütün WLFI tokenlərinin təxminən dörddə birinə sahibdir. Bu pay WLFI-ni Tramp ailəsinin ən dəyərli varlığına çevirib və onların illərlə qurduqları daşınmaz əmlak portfelini belə geridə qoyub.
Layihənin qurucu ortaqları arasında Trampın oğulları Donald Trump Jr., Erik Tramp və Barron Tramp yer alır. Prezident Donald Tramp isə "Kurucu Ortak Emeritus" (fəxri qurucu) titulu ilə layihəyə simvolik və strateji dəstək verir.
Donald Tramp təxminən bir il əvvəl seçki kampaniyası zamanı World Liberty Finance-in təqdimatına dəstək vermiş, layihəni "Amerikanı bu dəfə kripto ilə yenidən böyük etmək" vizyonunun bir hissəsi kimi xarakterizə etmişdi.
Son günlərdə WLFI tokeninin sürətli dəyər artımı, Trampın Ağ Evdən kripto sənayesinə verdiyi müsbət mesajlar, tənzimləyici maneələri azaltma vədləri və xüsusi rəqəmsal pulların ABŞ iqtisadiyyatını canlandırma potensialına etdiyi vurğularla əlaqələndirilir. Lalə Qüdrətova Son.az
Rusiyada məşhurlaşan Hüseyn Həsənovun qırmızı avtomobili tənqid edilib

Son günlərdə bankomatlarda "cash trapping" (nağd pul tələsi) adl

"iPhone 17 Pro Max"ın videosu cihazın elan edilməsindən bir həft�

Braziliyalı bir kişi, bədəninin 95%-i döymələrlə örtülü olduğu halda

Bu dəqiqələrdə Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq

Həkim payızda bədəni detoks üçün təmizləməyin yollarını açıqlayıb

Bağırsaq xərçənginin əsas əlamətləri və müayinə üsulları açıqlan

Xalq artisti Alim Qasımov yoqa dərslərinə başlayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyədə 30 A

2025-ci ilin dekabrında çatdırılacaq qızıl fyuçerslərinin qiyməti tarix

Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və

Sentyabrda Yer kürəsini bir neçə güclü maqnit qasırğası dalğası əhat

Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.

"Putin məni çox məyus etdi. Biz insanların yaşamasına kömək etmək
