"Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb
Digərləri 01 Sen 2025 21:43:00 75 0
"Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb.
Bu xəbəri də oxu: Sentyabrda bürcləri
Reportajda 30 il öncə kiçik bir kollektivlə işə başlayan Agentliyin dünyanın müxtəlif ölkələrindən sədasının gəlməsindən, Agentliyin iş prinsiplərindən söz açılıb.
"Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranma günüdür. 1995-ci ildə fəaliyyətə başlayan Trend İnformasiya Agentliyinin 30 yaşı tamam olur. Fəaliyyətə başlayanda bir neçə əməkdaşı olsa da, qısa müddət ərzində həm yaradıcı, həm də ümumi tərkibi böyüdü və ən çox istinad edilən İnformasiya Agentliklərindən birinə çevrildi. Trend hazırda Azərbaycan dili də daxil olmaqla, 3 dildə xəbərlər hazırlayır", - reportajda deyilir.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.
İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində Azərbayca

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Almaniya kansleri Fridrix Mertsin ofisi açıqlayıb ki, siyasətçi son üç ay

Gürcüstan Prezidenti Mixail Kavelaşvili açıq məktubla ABŞ lideri Donald T

"SƏS" Media Qrupun rəhbəri, əməkdar jurnalist Bəhruz Quliyev &qu

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şö

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Tibbi nəzarət şöb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücu

Musiqinin yaddaşa təsiri elmi cəhətdən sübut olunub.

Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.

Türkiyə sosial mediasında yayılan görüntülər diqqət çəkib.

Lotereyada iştirak et, Evini "OBA" ilə doldur!

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa Azərbaycanla məslə

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-C�

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə bi
