31 ölkədə xolera alarmı – Ölənlərin sayı sürətlə artır
Dünya 31 Avq 2025 23:21:00 70 0
Dünya Səhiyyə Təşkilatı (DST) 31 ölkədə davam edən xolera epidemiyasının getdikcə ağırlaşdığını və ölüm göstəricilərinin artdığını açıqlayıb. Təşkilatın son hesabatına görə, indiyədək 4 min 738 nəfər xəstəlik səbəbilə həyatını itirib.
Bu xəbəri də oxu: Müharibə olsa, ölkəsi üçün döyüşmək istəmirlər
DST xəbərdarlıq edir ki, "epidemiyaların miqyası və qarşılıqlı bağlılığı nəzərə alındıqda, xəstəliyin ölkələr daxilində və ölkələr arasında daha da yayılma riski çox yüksəkdir."
Hesabatda artan yoluxma hallarının əsas səbəbləri kimi münaqişələr, yoxsulluq və infrastruktur çatışmazlıqları göstərilib. Xüsusilə kənd yerlərində və sel fəlakətindən təsirlənən bölgələrdə riskin daha yüksək olduğu vurğulanıb.
Nigeriyanın Zamfara əyalətinin Bukkuyum bölgəsində baş verən epidemiya nəticəsində ən azı 8 nəfər ölüb, 11 yaşayış məntəqəsində isə 200-dən çox insan yoluxub. Yerli rəsmilər ölkədə məhdud səhiyyə imkanları və təhlükəsizlik problemlərinin böhranı daha da dərinləşdirdiyini bildirirlər.
Niger ştatına bağlı Gurusu kəndindən verilən məlumata görə, 21-dən çox xəstə xəstəxanaya yerləşdirilib, lakin Nasarava Dövlət Xəstəxanasına gecikmiş çatdırılma səbəbindən 3 nəfər həyatını itirib.
Millət vəkili Süleyman Əbu Bəkr Qumi Zamfara hökumətinə və beynəlxalq QHT-lərə təcili müdaxilə çağırışı edərək bildirib: "Hər gecikmə, xüsusilə qadınlar və uşaqlar arasında daha çox insan itkisinə səbəb olacaq."
Xolera - Vibrio cholerae bakteriyasının səbəb olduğu, əsasən gigiyena qaydalarının zəif olduğu yerlərdə yayılan yoluxucu bağırsaq infeksiyasıdır.
Yoluxma yolu: adətən çirkli su və qida vasitəsilə.
Əlamətləri: qəfil başlayan güclü sulu ishal, qusma, sürətli maye itkisi, halsızlıq və əzələ qıcolmaları.
Ən böyük təhlükəsi: sürətlə inkişaf edən susuzlaşma (dehidratasiya) və şok riski.
Müalicə: əsas addım bədənin itirdiyi su və duzları dərhal bərpa etməkdir. Bu məqsədlə oral rehidrasiya məhlulları və ya zəruri hallarda damar daxili məhlullar istifadə olunur. Bəzi hallarda antibiotik müalicəsi də tətbiq edilə bilər.
Mütəxəssislər bildirirlər ki, erkən müdaxilə ilə xəstəliyin tam sağalma şansı yüksəkdir. Lalə Qüdrətova Son.az
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl Moskva hava limanında saxla

ABŞ artıq Ukraynaya maliyyə yardımı ayırmır və hərbi texnika da birbaş

Bəzi bürclər ilk cəhddən sevgiləri ilə qarşılaşa bilmirlər.

Goranboyda baş vermiş qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb.

Yeni elmi araşdırmalar göstərib ki, qan qrupları yalnız immunitet sistemi,

Əməkdar həkim, uzun illər Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Ter

Heç düşünmüsünüzmü, niyə bəzi insanlar həyatın kosmik ritmləri ilə

Bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min

Rusiyanın Şeremetyevo hava limanında ən böyük rüsumsuz mağazalar operato

Böyrək daşları ağrılı bir problemdir, dərmanlar həmişə nəticə vermi

Kişi heç bir əməliyyat keçirməyib və hormon qəbul etməyib, sadəcə ola

Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mər

Model Günay Musayeva bir müddət əvvəl türk mediasına açıqlamasında ail
