Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMTdə qəbul edilib


Siyasət 28 Avq 2025 19:34:00 53 0

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMTdə qəbul edilib

2025-ci il avqustun 28-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.

İtkin ailələri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsindən cavab gözləyir

Son.az xəbər verir ki, görüşdə "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs olub. O, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin Azərbaycanda itkin ailələrini sıralarında birləşdirdiyini qeyd edərək, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün səyləri artırmasının vacibliyini bildirib, onları itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları təqdim etməsi üçün Ermənistana çağırış etməyə səsləyib: "30 ildən çoxdur ki, Ermənistan bu barədə heç bir məlumat vermir. Biz 2023-cü ilin avqustunda BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının prezidentinə, BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edərək yenə xahiş etdik ki, Ermənistana çağırış edilsin ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin. Bizə hələ cavab verilməyib. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Biz hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik".

Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı Könül Behbudova 1 gün əvvəl atası vəfat etdiyi üçün bu toplantıya gəlməyin onun üçün çox çətin olduğunu da dilə gətirib: "Mənim atam 1992-ci ildə Zəngilanda itkin düşmüş oğlu Abbas Behbudovun həsrəti, nisgili, ağrısı ilə bu dünyadan köçdü. Mən onun hüzr mərasimini yarımçıq qoyaraq bura gəlmişəm ki, siz qardaşımın aqibəti barədə məlumat əldə etməkdə bizə köməklik edəsiniz. Bu, atamın ən böyük arzusu idi. Atam da minlərlə itkin ailəsinin illərdir gözləri yollarda qalan nümayəndələri kimi xəbər gözləyirdi".

Ermənistan müharibə canilərini cəzalandırmır

Görüşdə itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova və "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin digər təmsilçiləri təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldirib.

5 ildə 28 kütləvi məzarlıq

İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. "Qarabağ İtkin Ailələri" İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.

Zədələnən inam

Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd ediblər.

BMT itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçi institutu yaratsın

Görüşdə "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təmsilçiləri itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri - Gabriela Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər götürdüklərini bildiriblər.

Qeyd edək ki, bu, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin müraciətlərinə BMT səviyyəsində baxılmasına dair ilk haldır.  

Zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürüldü like
  • 28 Avq 18:58  
Digərləri Zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürüldü

Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız

arrow Ətraflı
Zelenski Ərdoğanla "Bayraktar" zavodunun vurulmasını və Azərbaycan səfirliyini müzakirə edib like
  • 28 Avq 18:48  
Digərləri Zelenski Ərdoğanla "Bayraktar" zavodunun vurulmasını və Azərbaycan səfirliyini müzakirə edib

Xəbər verildiyi kimi, Ukrayna və Türkiyə prezidentlərinin telefon danış�

arrow Ətraflı
Kiyevdə “Bayraktar” zavoduna zərbə endirildi like
  • 28 Avq 18:35  
Dünya Kiyevdə “Bayraktar” zavoduna zərbə endirildi

Kiyevdə inşa edilən və fəaliyyətə başlamaq üzrə olan Türkiyənin &quo

arrow Ətraflı
Ukraynadakı səfirliyimizin yanına raket düşdü  binaya zərər dəydi like
  • 28 Avq 18:23  
Dünya Ukraynadakı səfirliyimizin yanına raket düşdü binaya zərər dəydi

28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev �

arrow Ətraflı
Paşinyan Rusiyaya gedəcək like
  • 28 Avq 18:15  
Dünya Paşinyan Rusiyaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın sonunda Rusiyaya səfər

arrow Ətraflı
Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş like
  • 28 Avq 18:02  
Digərləri Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş

Qida Təhlükəsizliyi Agentliyi iyul ayından etibarən aparılan monitorinq �

arrow Ətraflı
Həmin binanın sakinlərinə kirayə pulu veriləcək like
  • 28 Avq 17:32  
Digərləri Həmin binanın sakinlərinə kirayə pulu veriləcək

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış

arrow Ətraflı
Azərbaycanda tiktoker saxlanıldı like
  • 28 Avq 17:30  
Kriminal Azərbaycanda tiktoker saxlanıldı

Azərbaycanda daha bir tiktoker saxlanılıb. 

arrow Ətraflı
"9 noyabr 9 noyabrda qaldı" like
  • 28 Avq 17:17  
Digərləri "9 noyabr 9 noyabrda qaldı"

Paşinyan 9 Noyabr Üçtərəfli Bəyanatının qüvvədən düşdüyünü bildi

arrow Ətraflı
Zaurla Günayın hovuzda romantik ANLARI like
  • 28 Avq 17:02  
Şou-biznes Zaurla Günayın hovuzda romantik ANLARI

Məşhur aparıcı cütlük Zaur və Günay yenə də diqqət mərkəzinə düş

arrow Ətraflı
"Yaxşıdır demək olmaz"  Rəqsanənin vəkili like
  • 28 Avq 16:41  
Şou-biznes "Yaxşıdır demək olmaz" Rəqsanənin vəkili

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova

arrow Ətraflı
4 qadın Yunanıstanda Acuna görə restorandan QOVULDU like
  • 28 Avq 16:36  
Şou-biznes 4 qadın Yunanıstanda Acuna görə restorandan QOVULDU

Yunanıstanın Saqqız adasına gedən 4 türk qadın restorandan qovulub.

arrow Ətraflı
“Google” “Android”də yeni məhdudiyyət tətbiq edəcək like
  • 28 Avq 16:35  
Digərləri “Google” “Android”də yeni məhdudiyyət tətbiq edəcək

"Google" bildirir ki, təsdiqlənməmiş tərtibatçıların tətbiql�

arrow Ətraflı
Günün gündüz vaxtı binanın həyətində BİABIRÇILIQ: qonşular ifşa etdi like
  • 28 Avq 16:26  
Digərləri Günün gündüz vaxtı binanın həyətində BİABIRÇILIQ: qonşular ifşa etdi

Türkiyənin Kayseri şəhərində bir yaşayış kompleksinin həyətində gün

arrow Ətraflı