Siqaretin hopmuş qoxusundan belə qurtulun
Digərləri 03 Mar 2025 02:02:00 177 0
Təzə siqaret tüstüsü bir neçə saata yox olur, lakin əgər illərlə ev siqaret "ətri" ilə hopubsa, radikal tədbirlər görmək lazımdır. Sirr ondadır ki, problemi hər tərəfdən həll etmək lazımdır. Əks halda qoxu inadkar bir qonşu kimi qayıdacaq.
Bu xəbəri də oxu: Türkiyədəki zəlzələlər sünidir, test edilir SENSASİON İDDİA
Son.az siqaretin hopmuş qoxusundan qurtulmağın yollarını sizə təqdim edir:
1. Dərin təmizlikdən başlayın:
Qətran və nikotin izləri tavan lampalarından tutmuş plintuslara qədər hər səthi örtür.
Bütün səthləri - divarlar, rəflər, texnika, qapı tutacaqları - təmizləyici vasitə ilə silin. Pərdələri yuyun, yumşaq mebelləri isə kimyəvi təmizləməyə verin. Bəli, hətta təmiz görünən divanı da. Əgər divarlar təmizlikdən sonra hələ də tüstü iyi verirsə, deməli köhnə divar kağızları və ya boya qoxunu hopdurub. Bu halda təmirə hazır olun.
2. Əvvəlcə xüsusi vasitələri yoxlayın:
Divar kağızlarını cırmağa tələsməyin! Siqaret qoxusuna qarşı xüsusi sprey və məhlulları yoxlayın.
Bəziləri lokal təsir edir - ən çox qoxu yığılmış yerlərə püskürün. Digərləri isə otaqda havaya səpələnir - bunun üçün pəncərələri bağlayın və rütubəti artırın. Belə bir "qaz hücumundan" sonra otaq laboratoriyanı xatırladacaq - hər şeyi yenidən silmək və otağı 24 saat havalandırmaq lazım olacaq.
Diqqət: Məhsulları və qab-qacağı qabaqcadan örtün və ya çıxarın - kimyəvi maddələr onlara da təsir edə bilər.
3. Ən güclü üsul - ozonator:
Bu cihaz zəiflər üçün deyil! O, havanı bütün canlılar üçün zəhərli edərək qoxunun molekullarını atomlarına parçalayır.
Ev üçün nəzərdə tutulmuş ozonatorlar yalnız havanı təzələyir, amma köhnə tüstü qoxusu üçün sənaye gücündə olan cihaz lazımdır. Mütəxəssisləri çağırın və uşaqları, pişikləri, hətta balıqları evdən çıxarın - ozon onlara aman verməyəcək. 8 saatlıq havalandırmadan sonra evə qayıdanda siz heç bir qoxu hiss etməyəcəksiniz. Bəli, bu bahalıdır, amma külqabı qoxusunu birdəfəlik unutmaq istəyirsinizsə - buna dəyər!
Sınaqdan keçirilib: illərlə siqaret çəkilən evlərdə belə bu üsullar möcüzələr yaradır. /Lent.az
Yumurtanın səhər yeməyində ənənəvi və qida baxımından zəngin bir yer

Sumqayıtda yataqxana sakinləri onları ciddi narahat edən qonşudan şikayət

Bakıda qeyri-rəsmi münasibətdə olduğu xanımı hotelin pəncərəsindən a

Qusarın Laza kəndində sakinlər istiliklərini qaz sobası ilə təmin etdikl

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Ramazan ayında iftar və imsakda edilən bəzi yanlış qidalanma vərdişləri

Lerikdə 35 yaşlı Azərbaycan dili və ədəbiyyat müəllimi Rusif Həsrətov

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yara

Volodimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb.

Bu gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkə

Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.

Ukrayna münaqişəsinin həlli ilə bağlı Londonda keçirilən sammitdə işt

"Keçmişdə bir xanım nikahdankənar münasibətini gizlədərdi. Kimsə

Şalgam suyu, xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök

Britaniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Kral Çarlsla
