Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu
Kriminal 27 Avq 2025 09:22:00 59 0
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.
Bu xəbəri də oxu: Bakı klassik və müasir rəqs ritmində – bir anda üç möhtəşəm dünya hadisəsi – PODKAST VİDEO
Son.az xəbər verir ki, bu barədə həmin cinayət işi üzrə Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən qərar qəbul edilib.
İstintaq materiallarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər başa düşülür.
Eləcə də həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir.
Göstərilənlərə uyğun olaraq, DTX tərəfindən həbs olunmuş B.H.R. və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara alınmış və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilmişdir.
Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ olub.

Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqət

Sağ tərəfdə istifadəsiz çimərlik, sol tərəfdə qayalıq. Ortada isə d�

ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

Quru əncir həm dadlı, həm də sağlamlıq baxımından çox faydalı meyvəd

Amerikanın "Southwest Airlines" aviaşirkəti artıq çəkisi olan s�

"TikTok" və ümumiyyətlə qısa videoların beyin üzərində təsir

Keçmişi buraxmaq və yeni sevincli başlanğıclara yer açmağın vaxtıdır

Məşhur türk serialı "Kurtlar Vadisi"ndə "Polat Alemdar"

Evliliyin harmoniyada qalmasını təmin edən amillərdən danışanda, ən ço

Futuroloqların yeni araşdırması görünür ki, alimləri uzun illər düşü

Ağızdan gələn xoşagəlməz qoxunun bir çox səbəbi ola bilər. Məsələn

Araşdırmalar zamanı məlum olub ki, peşə və sosial status nikahdankənar
