"Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir FOTO
Digərləri 26 Avq 2025 09:30:00 53 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Gənclərin biznes emalatxanası" layihəsinin iştirakçılarına aktivlərin verilməsi davam etdirilir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu layihə çərçivəsində biznes təlimləri uğurla başa vuraraq, avadanlıqlarla təmin olunublar. Onlar un məmulatlarının istehsalı, dərzi, poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrə fəaliyyət göstərəcəklər. Artıq məzunlardan biri un məmulatları istehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev "Gənclərin biznes emalatxanası" layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə layihə ilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıq fəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. KOBİA nümayəndələri həmçinin, "Gənclərin biznes emalatxanası" layihəsindən yararlanmış gəncin təsis etdiyi "Gülüm" Şirniyyat Evinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, "Gənclərin biznes emalatxanası" layihəsinə 2021-ci ildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.
Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlı məşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı, Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa, Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsili məktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilib.
KOBİA nümayəndələri həmçinin, Agentliyin dəstəyi ilə ixraca başlamış Qəbələnin Tüntül kəndində fəaliyyət göstərən mebel və qapı istehsalı müəssisəsində olub. Müəssisəni ziyarət zamanı sahibkarla biznesin inkişafı və ixrac imkanlarının genişləndirilməsində dövlət dəstəyinin rolu barədə fikir mübadiləsi də aparılıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənni Afət Fərmanqızı yay tətilindən maraqlı görüntülərini izlə

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəki

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin - biri

"Tədqiqatlar göstərir ki, Diqqət əskikliyi və hiperaktiv pozğunluğu

Türkiyənin İzmir şəhərinin küçələrində qeyri-adi bir hadisə yaşanı

Hindistanın Uttar-Pradeş ştatında qadın toydan sonra ərinin qızılını,

Türkiyənin Eskişehir vilayətində xırda pul çatışmazlığı yaşayan bir

Moskvada 1956-cı il istehsalı olan nadir QAZ-12 ZİM sedanı satışa çıxar�

Pensilvaniya Universitetinin əməkdaşları telefon danışıqlarını uzaqdan

Bir çox insan doğum tarixinin insanın xarakterinə və maliyyə uğurlarına

Artıq çəki atmaq üçün həftələrlə, aylarla pəhriz saxlam kifayət deyi

Türkiyəli aktrisa Defne Samyelinin qızı Derin Talu şəxsi həyatı ilə g�

Marinad zamanı pomidor qabığının çatlaması onların həm dadını, həm d

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün sosial media
