Evində kirayə qaldığı üçün işdən
Kriminal 25 Avq 2025 17:38:00 63 0
Azərbaycan məhkəməsində maraqlı hal yaşanıb.
Bu xəbəri də oxu: Rəqsanənin ərinə də CİNAYƏT İŞİ açıldı
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, kuryoz hadisə Neftçala Rayon Məhkəməsində yaşanıb.
Hakim Ceyhun Qədimov mənimsəmədə ittiham olunan xanım müttəhimin anket məlumatlarını elan edərkən sürprizlə qarşılaşıb. Maraqlısı odur ki, hakimin qarşısındakı cinayət işi evində kirayə qaldığı qadına aid imiş.
Qanunun tələbinə uyğun olaraq hakim dərhal özü-özünə etiraz edib. İşin onun icraatından alınması üçün apellyasiya instansiyasına müraciət göndərib.
Eyni zamanda məhkəmənin sədri olan hakim etirazında yazır ki, Neftçala rayonunda evi olmadığı üçün hər ay 320 manat ödəməklə təqsirləndirilən şəxsin mənzilində kirayə qalıb. Buna baxmayaraq son günlərə qədər ev sahibinin hansısa cinayətdə ittiham olunduğunu bilməyib. Bunun da əsas səbəbi təqsirəndirilən şəxsin istintaq müddətində azadlıqda olmasıdır. Məsələdən xəbər tutan kimi mənzildən köçüb. Sözügedən cinayət işi isə elektron məhkəmə sistemində təsadüfü bölüşdürmə zamanı onun icraatına düşüb.
Şirvan Apellyasiya Məhkəməsi obyektivlik baxımından etirazı əsaslı hesab edib. İş Neftçala Rayon Məhkəməsinin icraatından alınaraq ərazi baxımından ən yaxın olan Salyan Rayon Məhkəməsinə göndərilib.
Bakıda yeni metro stansiyasının təmir işləri davam edir. Şərti adı &quo

Məşhur müğənni Şəbnəm Tovuzlu görünüşündə dəyişiklik edib.

TikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbayca

Bu il ali məktəbə qəbul olunanlar arasında 16 yaşlı Murad Bəşirli də v

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsa

Sosial şəbəkələrdə aktiv olan məşhur tiktokerlər Turanə Əliyeva və Z

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəi

"Telegram"ın həmtəsisçisi Pavel Durov bir il əvvəl həbs olunmas

İsveç hava limanında gömrük əməkdaşları Azərbaycandan gələn bir ail�

Paytaxtın Xətai rayonunda yerləşən obyektlərdən birində quraşdırılmı

"Lamborghini" konserni yeni "Fenomeno" hiperkarını təqdim

Bu həftə maliyyə imkanlarınızı artırmaq üçün təşəbbüs göstərmək

Xalq artisti Aygün Kazımova dəniz sahilində görüntüsü diqqət çəkib.
