Qardaşlıqdan enerji və ticarətə: Üç dövlətin gələcəyə baxışı


Siyasət 23 Avq 2025 20:41:00 73 0

Qardaşlıqdan enerji və ticarətə: Üç dövlətin gələcəyə baxışı

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin baş tutan görüşü üç ölkə arasında dərinləşən əməkdaşlığın strateji konturlarını cızdı.

Bu görüş ümumilikdə Orta Asiya və Cənubi Qafqaz bölgəsində siyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Türkmənistan və Özbəkistan öz coğrafi mövqelərinə görə Şərqlə Qərb, Şimalla Cənub arasında strateji körpü rolunu oynayan ölkələrdir. Bu mövqe üç dövləti qlobal enerji və nəqliyyat dəhlizlərinin əsas oyunçularına çevirir. Türkmənbaşı görüşü də bu potensialdan irəli gələrək, nəqliyyat-logistika, enerji və ticarət sahələrində konkret razılaşmalarla yadda qaldı.

Görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sənədlərə nəzər salsaq görərik ki, hamısı strateji əhəmiyyətlidir. Bunlardan biri üç ölkə arasında yüklərin və sərnişinlərin daşınması, dəhlizlərin əlaqələndirilməsi, logistika xidmətlərinin inkişafı və beynəlxalq ticarət marşrutlarının səmərəliliyinin artırılması istiqamətində imzalanan Memorandumdur. Bu sənəd, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin birgə inkişafı üçün mühüm addım kimi dəyərləndirilir.

İkinci sənəd isə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "Türkmənhavayolları" Dövlət Xidməti arasında imzalanan anlaşma memorandumunda hava əlaqələrinin genişləndirilməsi, turizm və sərnişindaşımanın təşviqi əsas hədəflər kimi müəyyən olunub. Bu ilin ilk altı ayına nəzər salsaq görərik ki, Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579 nəfər olub. Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15 396 nəfər idi. İmzalanmış Memorandum ölkəmizə Türkmənistandan gələn turistlərin sayına da müsbət təsir edəcək.

Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın yeni inşa edilən Arxadağ şəhəri arasında "Qardaşlaşma Protokolu" nun imzalanması da böyük əhəmiyyət daşıyır. Türkmənistanın Azərbaycanın Füzuli şəhərində hədiyyə olaraq inşa edəcəyi məscid, iki ölkə arasında qədim dostluq və qardaşlıq münasibətlərinin canlı simvoluna çevriləcək. Bu təşəbbüs təkcə dini-mədəni abidə deyil, eyni zamanda Ortaq türk köklərinə, mənəvi bağlara və humanist diplomatiyaya söykənən dostluğun rəmzidir.

Enerji sahəsi də görüşdə mühüm yer tutdu. Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki "Dostluq" yatağının birgə işlənməsi məsələsində əldə edilən razılaşmalar iki ölkə arasında enerji əməkdaşlığının gələcəyini formalaşdırır. Azərbaycanın bu layihədə iştirakı regionda enerji diplomatiyasının uğurlu nümunəsi kimi çıxış edir.

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Özbəkistanda neft yatağının işlənməsində iştirakı isə Azərbaycanın enerji sahəsindəki sərhədlərini daha da genişləndirir və ölkəmizin beynəlxalq enerji bazarlarında texnologiya və kapital ixracatçısına çevrildiyini göstərir.

Türkmənbaşı şəhərindəki görüş Azərbaycanın regiondakı lider dövlət mövqeyini bir daha təsdiqlədi. Görüş çərçivəsindəki razılaşmalar Azərbaycanın təşəbbüslərinə beynəlxalq səviyyədə olan etimadı da nümayiş etdirdi. Üçtərəfli əməkdaşlıq formatı, gələcəkdə digər türkdilli dövlətləri də bu platformaya cəlb etməyə zəmin yarada bilər. TREND

Gəncədə AĞIR QƏZA: Sürücü hadisə yerini tərk etdi like
  • 23 Avq 20:29  
Digərləri Gəncədə AĞIR QƏZA: Sürücü hadisə yerini tərk etdi

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İstefa verməsə, qovacağam!  Tramp like
  • 23 Avq 20:06  
Digərləri İstefa verməsə, qovacağam! Tramp

ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuk istefa

arrow Ətraflı
Erməni bloqer Rusiyada saxlanıldı like
  • 23 Avq 19:54  
Digərləri Erməni bloqer Rusiyada saxlanıldı

Erməni bloqer Arsen Markaryan Rusiyada saxlanılıb.

arrow Ətraflı
700 bal toplayanlar bu universiteti like
  • 23 Avq 19:54  
Digərləri 700 bal toplayanlar bu universiteti

Bu il 2 abituriyent - Orxan Abdulsəmədli və Sona Nurməmmədli qəbul imtahan

arrow Ətraflı
Lerikdə torpaq sürüşməsi oldu like
  • 23 Avq 19:42  
Digərləri Lerikdə torpaq sürüşməsi oldu

Lerikdə torpaq sürüşməsi baş verib.

arrow Ətraflı
Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq like
  • 23 Avq 19:41  
Digərləri Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq

Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü

arrow Ətraflı
Bu məşhurların ailəsində tələbə sevinci var  FOTO like
  • 23 Avq 19:27  
Şou-biznes Bu məşhurların ailəsində tələbə sevinci var FOTO

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəss

arrow Ətraflı
Bakıda hoteldə yanğın oldu like
  • 23 Avq 19:10  
Digərləri Bakıda hoteldə yanğın oldu

Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

arrow Ətraflı
Xalq artistinin kürəkəni də tələbə oldu like
  • 23 Avq 18:58  
Şou-biznes Xalq artistinin kürəkəni də tələbə oldu

Xalq artisti Mələkxanım Eyyubovanın kürəkəni, müğənni Mərdan Kazıml�

arrow Ətraflı
Putinin qorxduğu yeganə adam odur  Stubb like
  • 23 Avq 18:29  
Digərləri Putinin qorxduğu yeganə adam odur Stubb

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı sə

arrow Ətraflı
Hazırlığa getmədən 637 bal yığdı  Bu ixtisası seçdi like
  • 23 Avq 18:16  
Digərləri Hazırlığa getmədən 637 bal yığdı Bu ixtisası seçdi

Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbu

arrow Ətraflı
Ağstafada yol qəzası  Ölən və yaralanan var like
  • 23 Avq 18:07  
Digərləri Ağstafada yol qəzası Ölən və yaralanan var

Ağstafada ağır yol qəzası baş verib.

arrow Ətraflı
"Dünyanın heç bir yerində bizim qadınlar kimi plastik əməliyyat etdirən yoxdur" like
  • 23 Avq 17:54  
Şou-biznes "Dünyanın heç bir yerində bizim qadınlar kimi plastik əməliyyat etdirən yoxdur"

"Efirə çağırırlar, amma getmirəm. Deyirlər Samir Cəfərov, Mübariz

arrow Ətraflı
Ronaldo Corcinaya evlilik təklifi etdi  müqavilənin detalları gündəm oldu like
  • 23 Avq 17:41  
Digərləri Ronaldo Corcinaya evlilik təklifi etdi müqavilənin detalları gündəm oldu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən dün

arrow Ətraflı