Şərurlu İsfəndiyar icra məmurumun qərarı ilə razılaşmır “Bu pulu vermək bizi yandırır”
Digərləri 22 Avq 2025 11:40:00 93 0
Xəbər verdiyimiz kimi, "Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.
Bu xəbəri də oxu: Bağırsaq və sümük sağlamlığı üçün qatığın yeyilməsi üçün ən yaxşı vaxt
Son.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.
Bu barədə açıqlama yayan Axundov hesab edir ki, həbs qoyulan 9 avtomobilin qiyməti borcundan qat-qat çoxdur: "Hər şeyimizə həbs qoyublar. Min nəfər işçimiz var, ayda bir milyon manat da vergi veririk. O borcu mən ödəyərəm. Bizim üçün çətin deyil, 1-2 illik pulumuzu yığıb verərik. Amma bunu vermək bizi yandırır, göynədir. Bizə qarşı heç bir sənəd yoxdur. Əgər dediklərimdə bir kəlmə yalan varsa, mənə ən ağır cəza verilsin. Bir daha deyirəm, lazımdırsa, o pulu ödəyərəm. Ancaq xahiş edirəm, bu məsələ araşdırılsın".
Qeyd edək ki, məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı ləğv edib. Apellyasiya instansiyası qərarı təsdiq edənə kimi avtomobillərin üzərindəki həbs qüvvədə qalacaq.
"Şərur" MTK-ya məxsus sözügedən avtomobillər aşağıdakılardır:
- "Lx 600" MİNİK markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Toyota Hilux minik" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- "Kia Rio minik" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.
Unibank müştərilərinə sərfəli fürsət təqdim edir. Avqustun 22 və 23-d

Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəf

"Kirayə bazarında mənzil satış bazarında olduğu kimi artım müşahi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer

Dilan Çıtak və Levent Dörter haqqında boşanma iddiaları yenidən gündəm

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-pre

Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.

Əməkdar artist Kübra Əliyeva Xalq artisti Fatma Mahmudovanın görüntülər

İşğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər k

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstə

Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən "�

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi İnstaqram səhifəsində dövlə

Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərində Az�

İran 21-22 avqust tarixləri arasında ölkənin qərb bölgələrində hava m�
