İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcər sakinləri ilə səmimi söhbəti


Siyasət 21 Avq 2025 21:03:00 59 0

İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcər sakinləri ilə səmimi söhbəti

Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinin sakinləri ilə səmimi söhbət ediblər.

Prezident İlham Əliyev: Kim söz demək istəyir?

Sakin Cəlil Alıyev: Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır, şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundan qabaq yazırdı:

Sücaət, neyləyək, baxt belə baxtdır,

Darıxma, hər şeyi həll edən vaxtdır.

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər.

Bu hadisələrin səbəbkarı Sizsiniz. Sizə təşəkkür edirəm. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Cəlil Alıyev: Həmişə Sizin yanınızda durmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik. "Böyük Qayıdış"ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın, hər şey yaxşı olacaq. Bir daha təşəkkür edirəm Sizə.

Sakin Fənarə Sadıqova: Möhtərəm Ali Baş Komandan, cənab Prezidentimiz, çox sevimli əzizimiz Mehriban xanım, əziz qonaqlar və həmvətənlərim. Bu gün illərdən sonra böyük qürur hissi ilə doğma yurdum cənnət Kəlbəcərimdə Sizi salamlayıram. Dahi Ulu Öndərimizin başladığı siyasəti Siz məharətlə, qətiyyətlə, yuxusuz gecələrinizə, gərgin günlərinizə baxmayaraq davam etdirərək bəşəriyyətdə analoqu olmayan Zəfər tarixi yazdınız. İşğal olunan torpaqlarımızı geri qaytardınız, cənab Prezident. Bir sıra çox vacib sazişlərə imza atdınız. Biz Sizinlə qürur duyuruq. Biz həmişə Sizin yanınızdayıq. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, Sizin kimi ləyaqətli davamçı qoyubdur. Sizin prezidentlərlə görüşlərinizi hər dəfə televiziyada izləyərkən şux duruşunuzu, natiqliyinizi böyük həyəcan və sevinc hissi ilə müşahidə edirik - Siz əsl poliqlotsunuz. Siz müxtəlif dillərdə çox natiq danışırsınız, onların özlərindən də gözəl olur. Biz bununla qürur duyuruq. Bu istedad Allah tərəfindən hər prezidentə verilmir.

Cənab Prezident, mən bir haşiyə çıxmaq istəyirəm. Üzrlü sayın, mən bunu deməsəm, atamın ruhu məni bağışlamaz. Hələ 1992-ci ildə hərc-mərclik, özbaşınalıq baş alıb gedəndə sadə sürücü olan atam, - o Kəlbəcərdə yaxşı insan kimi tanınırdı, - bu hadisələrdən çox narahat idi. Atam gedib, - o vaxt Ulu Öndərimiz Ali Sovetin sədri idi,- öz adından ona teleqram vurur ki, Azərbaycan batır, Siz burada lazımsınız. Ulu Öndərimiz 1998-ci ildə prezident seçiləndə atamın çıxışını verirlər. Sonra Prezidentimiz bayrağı öpür və kürsüyə qalxır. O, mənim atamdır. Çox əfsuslar olsun ki, atam Şuşanın alındığı gün dünyasını dəyişdi.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin!

Fənarə Sadıqova: Allah ölənlərimizə rəhmət eləsin. Atalarımızın ruhu şaddır bu gün. Ulu Öndər Sizin kimi layiqli övladı yerində qoyub gedib. Bu gün mənim atamın da ruhu şaddır, biz bu arzumuza çatmışıq. Doğma Kəlbəcərimizdə, eləcə də Qarabağda böyük quruculuq işi gedir. Bunu Siz edirsiniz. Biz Sizə minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik. Möhtərəm Prezidentimiz, biz Sizə bu ağır işinizdə, bu fəaliyyətinizdə uğurlar, ailənizə, özünüzə cansağlığı arzulayırıq. Biz həmişə Sizin arxanızdayıq. Sizin dediyiniz kimi, "Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!".

Prezident İlham Əliyev: Sağ olun, xoş sözlərə görə təşəkkürümü bildirirəm.

Kəlbəcər ölkəmizin ən gözəl rayonlarından biridir. Hər dəfə buraya gələndə Mehriban xanım və mən maşından izləyirik və bir-birimizə deyirik ki, nə gözəl diyardır, nə gözəl mənzərədir. Bunun dünyada tayı-bərabəri yoxdur. Amma siz də yaxşı bilirsiniz ki, Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi. Yüz il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarla hərəkət etmək mümkün idi. Ondan sonra sovet hakimiyyəti dövründə çəkilmiş o yollar da çox təhlükəli idi, ensiz idi. Biz Mehriban xanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii ki, Ömər aşırımından gəldik. O vaxt o yol da demək olar ki, yox idi, bir cığır idi və həm də çox təhlükəli idi. Amma o qədər əzəmətli mənzərə ilə üzləşdik ki, çətinlik heç özünü hiss etdirmirdi. Göygöldən gələndə Ömər aşırımından hər dəfə aşağıya baxarkən bu təbiətə valeh olurduq. Eyni zamanda, mən o vaxt dərhal göstəriş verdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yol çəkməliyik. Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirdik. Ona görə dərhal işlər başlandı və bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görə Avropada beşinci tuneldir. Təxminən 12 kilometr uzunluğunda ən böyük tunel. Amma yol boyunca beş tunel artıq var. Ən uzun tuneli də biz bu gün açdıq. Düzdür, hələ yəqin ki, yeddi-səkkiz ay vaxt lazım olacaq ki, onun içərisi də tam düzəlsin. Ondan sonra Kəlbəcərdən Gəncəyə, Göygölə getmək çox rahat olacaq. Yəni, biz Kəlbəcəri ölkəmizin qərb bölgəsi ilə birləşdiririk.

Digər yol, - onu da biz indi inşa edirik, - Ağdərə-Kəlbəcər yoludur. O da Naftalandan gələn yoldur. O yol olub, işğal dövründə işğalçılar istifadə ediblər. Mən o yol ilə də gəlmişəm. O da çox narahat yoldur. Kələ-kötür yoldur. Ona görə biz o yolu da genişləndiririk, düzəldirik.

Üçüncü istiqamət isə Kəlbəcər-Laçın yoludur. Mən o vaxt Göygöldən Kəlbəcərə, Kəlbəcərdən ta Laçına qədər getmişdim. Mən ömrümdə bunun kimi təhlükəli yol görməmişdim və siz də o yolu yəqin ki, xatırlayırsınız. İndi biz o yolu da dördzolaqlı tunellərlə, körpülərlə tamamilə yeni görkəmə salırıq. Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerin seçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında bir dənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə o yer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərək dağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq. Yəni, üç istiqamətdən yol, - Gəncə, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, - üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: iş adamları, hotellər, turizm kompleksləri. Yəni, planlarımız çox böyükdür. Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını da çəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşı tanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafə böyükdür. Həm də hündürlük fərqi də böyükdür. Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isə Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu da Kəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəl mənzərəli yerlərdir, həm də cənnətdir. Amma buranı cənnət etmək üçün gərək bax, belə gözəl şərait olsun. Bunu da biz edirik. Ona görə bir daha sizi təbrik edirəm. Xoşbəxt yaşayın, cansağlığı arzulayıram. Sağ olun.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

x x x

Sakin Hikmət Şahmuradov: Çox sağ olun, cənab Prezident, təşəkkür edirəm, minnətdaram. İcazənizlə, cənab Prezident, Sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizin çıxışlarınıza hər zaman diqqətlə qulaq asmışıq. Sizi fəxarətlə izləyirik, cənab Prezident. Mən Sizi sülhün, xoşbəxtliyin banisi kimi tanıyıram. Mən ümidvaram ki, Sizin bu missiyanız dünyada öz sözünü deyəcək və bəşəriyyət Sizdən örnək götürərək sülhü bərqərar edəcək. Dünyamız da, Azərbaycanımız da xoşbəxt, əmin-amanlıq şəraitində yaşayacaq.

Sakin Fənarə Sadıqova: Allah Sizi və sevdiklərinizi qorusun. Tunel üçün də xüsusi təşəkkürümü bildirirəm, var olasınız.

Prezident İlham Əliyev: İndi Gəncəyə buradan, Kəlbəcərdən yəqin ki, 1 saat yarıma gedəcəksiniz. Bir məsələni də demək istəyirəm. Bu gün tunelin açılışını edəndə bir göstəriş də verdim. İndi onun üzərində işləyəcəklər ki, Toğanalıdan ta Gəncəyə qədər də baxsınlar, biz o yolu da qısaldaq, çünki o yol da bir az narahatdır. Orada da bəlkə bir yox, bir neçə tunel inşa ediləcək. O olarsa, onda Gəncədən Kəlbəcərə rahat 1 saat, 1 saat 10 dəqiqəyə gəlmək mümkün olacaq.

Sakin Fənarə Sadıqova: Necə deyək, Siz çox namümkünü mümkün etdiniz. Var olun!

Mehriban xanım, istəyərdim Sizi qucaqlayım. Biz Sizi sevirik, Allah balalarınızı qorusun, Allah Sizə uzun ömür versin, var olun, biz Sizi çox sevirik.

x x x

Sonra birgə foto çəkdirildi.

x x x

Sakin: Qoy hər zaman Azərbaycan bizi uğurları ilə sevindirsin. Bütün əmin-amanlıq, xoşbəxtlik həmişə xalqımızla olsun.

Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi. İndi burada yerləşirsiniz. O biri yaşayış kompleksləri də tikiləcək. Bura gözəl bir şəhər olacaq.

Sakin: Sizin rəhbərliyinizlə. İnşallah. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sovet vaxtında buranın əhalisi nə qədər idi?

Sakin: Şəhərin əhalisi 7-8 min nəfər idi.

Prezident İlham Əliyev: 7-8 min. İndi bu dörd yaşayış kompleksində 10 min nəfər yaşayacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Yəni, ovaxtkından daha çox. Amma gələcəkdə əlbəttə ki, daha çox. Sən işğal dövründə harada yaşamısan? Bakıda?

Sakin: Bəli.

Prezident İlham Əliyev: İstisu indi məşhurlaşır. Prezidentlərə göndərirəm. Amerikaya da aparmışam özümlə.

Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız.

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.

Qadın sakin: Qalmayıb, bəli, çox şükür.

Prezident İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid övladları üçün bir təsəllidir.

Qadın sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.

Mehriban xanım Əliyeva: Siz də gəlin, bu tərəfdə dayanın.

Qadın sakin: Yanınıza keçmək olar?

Prezident İlham Əliyev: Bəli. İşğal dövründə harada yaşamısan?

Qadın sakin: Mən Göygöldə.

Prezident İlham Əliyev: Göygöldə?

Qadın sakin: Bəli. Arzu edirəm verdiyiniz bu açarlar xeyirli qapılar açsın, İnşallah.

Prezident İlham Əliyev: Bəli. Gəlin. Burada iş yerləri ilə bağlı da tədbirlər görülür. Burada həm yaşayış, həm iş yerləri olmalıdır.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Burada gözəl məktəb tikilir.

Qadın sakin: Bəli, Allah Sizi var eləsin.

Sakinlər: İnşallah, İnşallah, əsl vətənpərvərlər yetişsin.

Qadın sakin: Bu oğlan ikinci sinifdə oxuyurdu. İndi bu gün gözəl İstisuyumuzun laboratoriyasında işləyir.

Prezident İlham Əliyev: İndi orada işləyir?

Sakin: Bəli, orada işləyir. Mən yerimizlə, yurdumuzla, xalqımızla fəxr edirəm.

Prezident İlham Əliyev: İstisuyu da biz bərpa etdik, birinci layihələrdən biri idi. Özü də biləsiniz, sovet vaxtındakı İstisu ilə indikinin arasında böyük fərq var.

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: İndi laboratoriyadan keçirmişik, xarici mütəxəssislər baxıblar. Onun tərkibində bəzi maddələr var ki, standartlara uyğun deyildi, tam təmizləndi, indi dünyanın ən yaxşı suyu oldu.

Qadın sakin: Bəli, təmizləmədə iştirak edirəm.

Prezident İlham Əliyev: Siz də orada işləyirsiniz?

Qadın sakin: Bəli. Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?

Prezident İlham Əliyev: Bəli, gəlin.

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Anandır?

Qadın sakin: Buraya gəlmişik, Allah qoysa, burada çalışacağıq.

Prezident İlham Əliyev: Məsələn, neçə dəqiqəyə gedirsən?

Qadın sakin: 15 dəqiqəyə çatıram.

Prezident İlham Əliyev: 15 dəqiqəyə. Gələn il hotel də istifadəyə veriləcək. Orada da yüzlərlə iş yeri olacaq.

Qadın sakin: Allah qismət eləsin.

Prezident İlham Əliyev: "İstisu" sanatoriyasını da dağıdıblar, görmüsünüz? Bilmirəm, getmisiniz ya yox. Amma indi necə gözəl tikilib, görmüsünüz?

Kişi sakin: Çox gözəldir.

Prezident İlham Əliyev: Gəlin, hamımız birlikdə şəkil çəkdirək.

Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizə ömür versin. Allah Sizi var eləsin.

Qadın sakin: Qızım gəlir, gəlsin onunla da çəkdirək?

Mehriban xanım Əliyeva: Gəlsin, əlbəttə. Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.

Qadın sakin: Birinci dəfədir Kəlbəcərə ayaq basır.

Prezident İlham Əliyev: Bəli, nə gözəl.

Mehriban xanım Əliyeva: Üç ayı oldu. Bu, Əli balamızdır?

Qadın sakin: Bəli.

Mehriban xanım Əliyeva: Əliş, gedək, görək.

Qadın sakin: Çox sağ olun, Allah sizlərə cansağlığı versin. Mehin, gəl də, istəmirdin Mehriban xanımla şəkil çəkdirmək?

Qadın sakin: Gəlirəm.

Mehriban xanım Əliyeva: Gör kimi gətirirəm? Əli balamızı.

Prezident İlham Əliyev: Gəl balaca, bir yerdə şəkil çəkdirək. Anası hansıdır?

Mehriban xanım Əliyeva: Nənə də gəlsin.

Prezident İlham Əliyev: Nənəsi haradadır?

Mehriban xanım Əliyeva: Nənə də buradadır.

Qadın sakin: Allah sizlərə cansağlığı versin.

Prezident İlham Əliyev: Adı Əlidir?

Sakin: Bəli, Əlidir.

Qadın sakin: Allah saxlasın.

Mehriban xanım Əliyeva: Allah saxlasın, böyük oğlan olsun.

Qadın sakin: Allah hamınıza cansağlığı versin.

Digər qadın sakin: Çox sağ olun, minnətdaram Sizə.

Qadın sakin: Bizim də Mehriban xanımla şəklimizi çək.

Kişi sakin: Müharibə qurtaran vaxt mən bir şeir yazmışdım. Onun axırıncı kupletini deyim.

Adaşımdır Baş Komandan,

Saxlasın Ulu Yaradan,

Bu əsgərdən, bu ordudan,

İlham, tərif yaz dəftərə,

Bəyan olsun nəsillərə,

Əhsəndir bu hünərə,

Gəlin gedək Kəlbəcərə.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Kitabı da gətirmişik, Sizə təqdim etməyə.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Həmişə bayraqların uca olsun, heç vaxt enməsin.

Prezident İlham Əliyev: Enməyəcək İnşallah. Ancaq biz qabağa gedəcəyik. Burada şəraitiniz necədir? Yaxşıdır?

Qadın sakin: Bəli, çox sağ olun.

Prezident İlham Əliyev: Bəli, mən də baxdım, çox gözəldir. Geniş otaqlardır, qaz da var. Sovet vaxtında burada qaz olmayıb.

Qadın sakin: Yox, olmayıb, məcburən meşələri qırırdıq.

Prezident İlham Əliyev: Bəli, meşələri qırırdılar. Buraya qaz çəkmək asan məsələ deyildi.

Qadın sakin: Çox çətindir.

Kişi sakin: Dağları yarıb gətirmək çox çətindir.

Qadın sakin: Görürük, neçə yerdə quruculuq işləri görürsünüz. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Olmalıdır, siz neçə il əziyyət içində yaşamısınız. Həm fiziki əziyyət, həm mənəvi əzablar çəkmisiniz.

Qadın sakin: Bəli, mənəvi əzablar çox çəkmişik.

Prezident İlham Əliyev: Çətin, çadır şəhərciyi. Öz yerindən didərgin düşmək çox ağır taledir. Özü də bir il yox, on il yox, otuz il.

Kişi sakin: 32 il.

Prezident İlham Əliyev: Bəli, 1993-cü ilin aprelindən çıxmısınızsa 32 il. Ona görə, sizin üçün ən gözəl şərait yaradılmalıdır. Bu da İsveçrə layihəsidir. İsveçrədəki şəhərlərə tam uyğundur. Bəli, həm memarlıq, həm də daxildəki dizayn baxımından. Bilirsiniz, İsveçrə dünyada insanın həyat keyfiyyətinə görə birinci yerdədir. Ona görə, biz Kəlbəcər üçün bunu seçmişik.

Kişi sakin: Bu havaya, bu iqlimə yaraşandır elə.

Prezident İlham Əliyev: Bəli. Necə də gözəldir, o tərəf, bu tərəf gözəl binalardır. Cansağlığı ilə yaşayın.

Kişi sakin: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağlığınıza qismət.

Kişi sakin: Allah Sizi var eləsin.

Qadın sakin: Təşəkkür edirik. Allah Sizi qorusun. Son.az 

FHNdə təyinat: Çevik Xilasetmə İdarəsinə yeni rəis təyin edildi like
  • 21 Avq 20:51  
Digərləri FHNdə təyinat: Çevik Xilasetmə İdarəsinə yeni rəis təyin edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik

arrow Ətraflı
"WhatsApp"dan daha bir yenilik like
  • 21 Avq 20:48  
Digərləri "WhatsApp"dan daha bir yenilik

"WhatsApp" digər şəxs zəngə cavab vermədikdə səsli mesaj burax

arrow Ətraflı
“Azərbaycanla gedişgəlişi sadələşdirməyə hazırıq”  Paşinyan like
  • 21 Avq 20:35  
Digərləri “Azərbaycanla gedişgəlişi sadələşdirməyə hazırıq” Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından so

arrow Ətraflı
Hadisəni bu hərəkətinə görə "yıxıbsürüdülər" like
  • 21 Avq 20:07  
Şou-biznes Hadisəni bu hərəkətinə görə "yıxıbsürüdülər"

Hadisə, Nicki Minajın başladığı trendlə çəkdirdiyi fotoda təsbeh və x

arrow Ətraflı
Suğra Bağırzadə uzun müddət sonra  xeyli dəyişib like
  • 21 Avq 19:39  
Şou-biznes Suğra Bağırzadə uzun müddət sonra xeyli dəyişib

Əməkdar artist Suğra Bağırzadə imicində dəyişiklik edib.

arrow Ətraflı
Qəbul nəticələri bu tarixdə bilinəcək  RƏSMİ like
  • 21 Avq 19:26  
Digərləri Qəbul nəticələri bu tarixdə bilinəcək RƏSMİ

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlər

arrow Ətraflı
"Tarqovu"da gənc qız elə hərəkətlər etdi ki... like
  • 21 Avq 19:17  
Digərləri "Tarqovu"da gənc qız elə hərəkətlər etdi ki...

Bakının mərkəzində çəkilən görüntü diqqət çəkib.

arrow Ətraflı
Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib like
  • 21 Avq 19:05  
Digərləri Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib

Cari ilin yanvar-avqust aylarında ittifaqın fəaliyyət istiqamətləri ümumi

arrow Ətraflı
MNin sabiq rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur like
  • 21 Avq 18:54  
Kriminal MNin sabiq rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Müdafiə Nazirliyinin "N" saylı korpusunun Maliyyə xidmət rəisi v

arrow Ətraflı
67 yaşlı kişi su anbarında batdı like
  • 21 Avq 18:40  
Digərləri 67 yaşlı kişi su anbarında batdı

Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.

arrow Ətraflı
Azərbaycanda partlayış  xəsarət alan var like
  • 21 Avq 18:19  
Digərləri Azərbaycanda partlayış xəsarət alan var

Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayış qeydə alınıb.

arrow Ətraflı
Turab Əmirova yüksək vəzifə verildi like
  • 21 Avq 18:18  
Digərləri Turab Əmirova yüksək vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komit

arrow Ətraflı
Kamçatkada güclü zəlzələ oldu like
  • 21 Avq 18:10  
Digərləri Kamçatkada güclü zəlzələ oldu

Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
“Ezel”in “Ramiz dayı”sı SAXLANILDI like
  • 21 Avq 18:00  
Şou-biznes “Ezel”in “Ramiz dayı”sı SAXLANILDI

İstanbulun Beyoğlu rayonunda "Ezel" serialında Ramiz dayının gən

arrow Ətraflı