Gənclər magistratura təhsilindən imtina edirlər SƏBƏBLƏR


Digərləri 20 Avq 2025 14:31:00 63 0

Gənclər magistratura təhsilindən imtina edirlər  SƏBƏBLƏR

Magistratura üzrə boş qalan plan yerlərinə ixtisas seçimin nəticələri ötən gün açıqlanıb.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) boş qalan yerlərə qəbul olunub.

Son.az-ın məlumatına görə, modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, Azərbaycanda magistratura təhsilinə marağın əvvəlki illərlə müqayisədə azalması və müəyyən ixtisaslarda yerlərin boş qalması həm sosial, həm iqtisadi, həm də təhsil sisteminin özünə aid səbəblərindən qaynaqlanır:

"İlk növbədə, hazırkı reallıq ondan ibarətdir ki, əmək bazarı ilə magistratura pilləsi arasındakı əlaqə kifayət qədər zəifdir. Yəni bir çox sahələrdə magistr dərəcəsi işə qəbul üçün əsas meyar kimi qiymətləndirilmədiyi üçün tələbələrdə əlavə oxumaq motivasiyası aşağı düşür. Əksinə, əmək bazarında bacarıq yönümlü təlimlərə, beynəlxalq sertifikasiyalara və praktiki biliklərə daha çox üstünlük verilir. Bu da gənclərin bir hissəsini magistratura deyil, kurslar və alternativ inkişaf yolları seçməyə vadar edir".

Təhsil eksperti bildirib ki, ödənişli əsaslarla ayrılan yerlərin kifayət qədər bahalı olması marağı azaldan amillərdəndir:

"Çünki bakalavr təhsili bitirdikdən sonra əksər gənc dərhal iş həyatına atılmaq istəyir, maddi yükü azaltmaq üçün işləməyi təhsildən üstün tutur. Bu səbəbdən də ödənişli magistratura proqramları yetərincə tələbə cəlb edə bilmir.

Eyni zamanda, bəzi ixtisaslarda magistr proqramlarının məzmunu gənclərin gözləntilərinə cavab vermir. Daha çox nəzəriyyə üzərində qurulan dərslər real bacarıqların formalaşmasına imkan yaratmır. Halbuki bu gün dünya təcrübəsində magistratura əsasən tədqiqat, peşəkar ixtisaslaşma və innovativ yanaşmaların tətbiqi ilə xarakterizə olunur. Bizdə isə bəzi hallarda bakalavrın davamı kimi göründüyü üçün tələbə özündə əlavə dəyər hiss etmir".

Əmrah Həsənlinin sözlərinə görə, bir mühüm məqam da xarici təhsil alternativlərinin mövcudluğudur:

"Son illərdə bir çox gənc Avropada və Türkiyədə magistratura təhsilini daha əlçatan hesab edir. Təqaüd proqramları, geniş ixtisas seçimi və beynəlxalq diplomun əmək bazarında verdiyi üstünlüklər onları ölkədən kənara yönləndirir".

O eyni zamanda əlavə edib ki, ümumilikdə magistraturaya marağın azalması təsadüfi deyil. Ekspertin fikrincə, bu həm təhsil siyasətində, həm əmək bazarının tələblərində, həm də gənclərin gələcək planlarında meydana gələn dəyişikliklərin nəticəsidir.

"Burada əsas məsələ magistratura təhsilini yenidən cəlbedici etməkdir. Bunun üçün proqramların məzmunu daha praktik və müasir tələblərə uyğunlaşdırılmalı, ödəniş mexanizmləri daha əlçatan olmalı və ən əsası, işə qəbul zamanı magistr dərəcəsinin real üstünlükləri təmin edilməlidir. Yalnız bu halda biz boş qalan yerlərin azalmasını və gənclərin marağının artmasını müşahidə edə bilərik",- deyə ekspert bildirib.

Rusiyada yanacaq qıtlığı yaranıb like
  • 20 Avq 14:22  
Digərləri Rusiyada yanacaq qıtlığı yaranıb

Rusiyada yanacaq çatışmazlığı qiymətlərin yüksəlməsinə səbəb olub.

arrow Ətraflı
6 vəkilə xəbərdarlıq edildi, 1 vəkilə isə töhmət like
  • 20 Avq 14:18  
Digərləri 6 vəkilə xəbərdarlıq edildi, 1 vəkilə isə töhmət

2025-ci il avqustun 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası

arrow Ətraflı
Qənirə Ataşova arxiv şəkillərini paylaşdı  "Yollarım dəyişdi, amma..." like
  • 20 Avq 14:15  
Digərləri Qənirə Ataşova arxiv şəkillərini paylaşdı "Yollarım dəyişdi, amma..."

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova keçmişə aid arxiv şəkillərini

arrow Ətraflı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində olublar like
  • 20 Avq 14:08  
Siyasət Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
"Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib" like
  • 20 Avq 14:00  
Digərləri "Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib"

"Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin

arrow Ətraflı
Zelenskinin bu dəfəki kostyumu çox danışılır like
  • 20 Avq 13:04  
Digərləri Zelenskinin bu dəfəki kostyumu çox danışılır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə

arrow Ətraflı
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb like
  • 20 Avq 12:50  
Digərləri Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxl

arrow Ətraflı
Arif Əbdüloğlu vəfat etdi like
  • 20 Avq 12:47  
Digərləri Arif Əbdüloğlu vəfat etdi

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı

arrow Ətraflı
Sabah yağış yağacaq, şimşək çaxacaq like
  • 20 Avq 12:43  
Digərləri Sabah yağış yağacaq, şimşək çaxacaq

Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
İstanbulda azərbaycanəsilli qadının MEYİTİ TAPILDI like
  • 20 Avq 12:41  
Digərləri İstanbulda azərbaycanəsilli qadının MEYİTİ TAPILDI

İstanbulun Esenyurt rayonunda azərbaycanəsilli 58 yaşlı Olqa Aydın yaşad�

arrow Ətraflı
60 yaşlı kişi qətlə yetirildi  Bacısı oğlu saxlanıldı like
  • 20 Avq 12:30  
Digərləri 60 yaşlı kişi qətlə yetirildi Bacısı oğlu saxlanıldı

Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qət

arrow Ətraflı
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlandı like
  • 20 Avq 12:24  
Digərləri Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlandı

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyal

arrow Ətraflı
Roza Cəlilova qızını polisə verdi like
  • 20 Avq 12:16  
Şou-biznes Roza Cəlilova qızını polisə verdi

Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovanı polis

arrow Ətraflı
Tramp: “Dünya müharibəyə yaxın idi, lakin biz bunu dayandırdıq” like
  • 20 Avq 12:08  
Digərləri Tramp: “Dünya müharibəyə yaxın idi, lakin biz bunu dayandırdıq”

ABŞ prezidenti Donald Tramp açıqlamasında səlahiyyət müddətində üçün

arrow Ətraflı