Temperatur yenidən artır 37 dərəcə isti olacaq
Digərləri 19 Avq 2025 12:45:00 71 0
Avqustun 20-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bu xəbəri də oxu: Bu vərdişlər dişlərinizi məhv edir Açıqlama
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +22 dərəcədən +25 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +32 dərəcədən +37 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Slova

Hazırda Türkiyədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil al

Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr st

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 19-da Azərbaycan Respublik

Əgər sürücülük vəsiqənizin etibarlılıq müddəti başa çatırsa, itib

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa l

Müharibələr nadir hallarda nöqtə ilə bitir. Onlar yalnız demarkasiya xət

Bu ilin I yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki tu

İstanbulun Büyükçekmece səmtində 17 milyon lirə dəyərində ( təxminə

Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşlə

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana yeni seçilən Prezident Məsu

Tədris ilin başlanmasına az qalıb. Bu da tələbələrin Bakıya axını dem

Bir müddətdir ki, Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyat p

Rusiyada rəssamlıq universitetinin üç tələbə qızı xristian məbədini

Avropanın müdafiə sənayesində "strateji müstəqillik vitrini" ki
