Paşinyan: Avqustun 8dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq
Siyasət 18 Avq 2025 19:50:00 65 0
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciət edərək, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının əvəzsiz rol oynadığını vurğulayıb.
Son.az xəbər verir ki, Paşinyan öz müraciətində Vaşinqton razılaşmalarından sonra - 30 ildən sonra Ermənistanın bütün kommunikasiyalarının açıldığını qeyd edib: "Biz - Üçüncü Respublikanın vətəndaşları olaraq, sülh şəraitində yaşamağın, işləməyin nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən bəri biz daim münaqişə atmosferində, müharibə və ya nə sülh - nə müharibə şəraitində yaşamışıq.
8 avqustdan sonra isə biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır".
Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir - sülh nədir, necə olur və necə görünür?
"Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu, təkbaşına yox, Azərbaycanla birlikdə olacaq", - deyə o bildirib. /APA
Endokrinoloq qalxanabənzər vəzi xəstəliklərinin əlamətlərini açıqlay�

"Vaşinqtonda biz qarşılıqlı öhdəlikləri qeydə aldıq - bunlar döv

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənist

Xalq artisti Brilliant Dadaşova müğənni Rəqsanə İsmayılovanın həbs olu

Xüsusilə yay aylarında çox görülən tərləmə və pis bədən qoxusunun p

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində müh

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat

"Bu nəfəsalma texnikası narahatlığı tez bir zamanda azalda bilər&quo

Süni intellektə aşiq olan şəxs həyat yoldaşından boşanmaq qərarı alı

18-24 avqust tarixləri bürclərin həyatına müxtəlif sahələrdə dəyişi

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün rezidenturaya qəb

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin h�

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi məntəqəsi - "Met

Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırm
