Bakıda siqaret qohumları düşmən etdi: qaynını öldürdü, oğlunu döydü


Kriminal 11 Avq 2025 23:15:00 70 0

Bakıda siqaret qohumları düşmən etdi: qaynını öldürdü, oğlunu döydü

2023-cü il dekabrın 3-də Bakının Nizami rayonu ərazisində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olub ki, hadisə Qara Qarayev prospekti, 49 ünvanında baş verib. Baxışda iştirak edən Süleyman Zamanov Həsən Həsrətovun atasına bıçaqla zərbələr vurduğu yeri göstərib.

Səhər saatlarında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Həsən Həsrətov Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gələrək, qaynı Rasim Zamanovu qətlə yetirdiyini etiraf edib.   Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1979-cu il təvəllüdlü Rasim Zamanovun bədənində 7 ədəd bıçaq yarası aşkar edilib.

Son.az lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 2-i saat 21 radələrində yaranmış mübahisə zamanı Həsən Həsrətov qaynı Rasim Zamanovun övladı Süleymanın üzünə sillə vurub. Süleyman atası Rasim Zamanova telefonla zəng edib, bu barədə məlumat verdikdən sonra, Rasim məsələyə aydınlıq gətirmək məqsədilə bir saatdan sonra Qara Qarayev prospektindəki 47 nömrəli evin qarşısına gəlib. Həsən Həsrətov evdən çıxarkən cibinə bıçaq qoyub. O, binanın həyətinə düşərək, 103 saylı uşaq bağçasının qarşısında Rasim Zamanovu görüb. Burada Rasim Həsənin yaxasından tutub, yerə yıxaraq ona təpiklə zərbələr vurub. Bundan hiddətlənən Həsən bıçağı cibindən çıxarıb, qayının döş qəfəsinə, habelə bədəninin digər nahiyələrinə davamlı olaraq, var gücü ilə çoxsaylı zərbələr endirib və hadisə yerini tərk edib. Rasim Zamanov məhəllə sakinlərinin köməyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İş üzrə dindirilmiş Həsən Həsrətov bildirib ki, Nərimanov rayonundakı evini sataraq müvəqqəti olaraq qayınatası Fəxrəddin Zamanova məxsus Q.Qarayev prospekti, ev 47, mənzil 143-də arvadı və bir azyaşlı uşağı ilə qalıb. Qaynatasının evi 4 otaqdan ibarətdir:

"Bir otaqda mən ailəmlə, digər otaqda isə qaynım Rasim Zamanovun oğlu Süleyman yaşayırdı. Orta məktəb şagirdi olan Süleyman atası ilə problemləri olduğundan babasıgildə qalırdı. Mən və qayınatam eyvanda siqaret çəkmək üçün Süleymanın otağından keçib gedirdik. Bu isə Süleymanda qıcıq yaradırdı, bir neçə dəfə mənə otağına girməməyimi demişdi.

Həm bu səbəbdən, həm də zibil qabını çölə qayınatam apardığına görə Süleymanı bununla bağlı tənbəh etdim. Cavab qaytardığı üçün dekabrın 2-də onu öz otağında döydüm. Həmin gün başqa ünvana köçüb yaşamağımı qərarlaşdırdım".

Həsən Həsrətovun sözlərinə görə, bundan sonra axşam Süleymanın atası Rasim evə gələrək, söhbət etmək üçün onu küçəyə çağırıb. O başa düşüb ki, döyüldüyü üçün Süleyman atasına şikayət edib:

"Bu vaxta qədər Rasimlə münasibətim yaxşı idi, aramızda ədavət olmamışdı. Süleyman da mənimlə birlikdə evdən çıxdı. Özümü müdafiə etməkdən ötrü mətbəx bıçağını cibimə qoydum. Binanın qarşısında dayanan Rasimə və oğluna dedim ki, uşaq bağçasının qarşısına keçsinlər. Əsəbiləşib Süleymana "niyə atasına şikayət etdiyini" bildirdim və üzünə sillə vurdum. Qaynımla əlbəyaxa olduq. Rasim məni yerə yıxıb ayağı ilə zərbələr endirdi.

72 min maşın geri çağırılır  Yolda alışa bilər like
  • 11 Avq 22:45  
Digərləri 72 min maşın geri çağırılır Yolda alışa bilər

Stellantis Böyük Britaniyada daha 72 min avtomobili geri çağırır.

arrow Ətraflı
Rusiyada miqrantlara kuryer işləmək də qadağan edildi like
  • 11 Avq 22:30  
Digərləri Rusiyada miqrantlara kuryer işləmək də qadağan edildi

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov əcnəbilərin kuryer kimi işə

arrow Ətraflı
Zelenski: Putin qəti şəkildə atəşkəsə hazırlaşmır like
  • 11 Avq 22:14  
Dünya Zelenski: Putin qəti şəkildə atəşkəsə hazırlaşmır

"Rusiya prezidenti Vladimir Putin qəti şəkildə atəşkəsə hazırlaşm

arrow Ətraflı
Türkiyəli aktyor vəfat etdi  FOTO like
  • 11 Avq 22:00  
Şou-biznes Türkiyəli aktyor vəfat etdi FOTO

Türkiyəli aktyor Doğacan Taşpınar vəfat edib.

arrow Ətraflı
Qəzzada son 24 saatda daha 5 nəfər acından ölüb like
  • 11 Avq 21:30  
Dünya Qəzzada son 24 saatda daha 5 nəfər acından ölüb

İsrailin blokadası səbəbilə Qəzzada son 24 saatda biri uşaq olmaqla daha

arrow Ətraflı
Türkiyədə yenə zəlzələ oldu like
  • 11 Avq 21:29  
Digərləri Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Braziliya Azərbaycan və Ermənistanı birgə bəyannamənin imzalanması münasibətilə təbrik etdi like
  • 11 Avq 21:14  
Dünya Braziliya Azərbaycan və Ermənistanı birgə bəyannamənin imzalanması münasibətilə təbrik etdi

Braziliya hökuməti Azərbaycan və Ermənistanı bu il avqustun 8-də iki ölk

arrow Ətraflı
İşgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər  FOTO like
  • 11 Avq 21:03  
Digərləri İşgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi like
  • 11 Avq 21:00  
Digərləri Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıları

arrow Ətraflı
Makrondan sülh razılaşmasına münasibət like
  • 11 Avq 20:30  
Dünya Makrondan sülh razılaşmasına münasibət

Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqı

arrow Ətraflı
Kartof kişilərdə istəyi artırırmış like
  • 11 Avq 20:14  
Digərləri Kartof kişilərdə istəyi artırırmış

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə

arrow Ətraflı
Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik  Rus general like
  • 11 Avq 20:00  
Digərləri Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik Rus general

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına

arrow Ətraflı
İlham Əliyev Qətər Əmirinə zəng edib like
  • 11 Avq 19:50  
Siyasət İlham Əliyev Qətər Əmirinə zəng edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər

arrow Ətraflı
Alyaskada olacağı deyilən görüşün məkanı dəyişdi like
  • 11 Avq 19:45  
Dünya Alyaskada olacağı deyilən görüşün məkanı dəyişdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i g

arrow Ətraflı