Aysel keçmiş ərini məhkəməyə verdi
Digərləri 11 Avq 2025 16:05:00 58 0
Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələdə ölən şəxs görün kim imiş
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.
Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.
Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.
Nəsimi Rayon Məhkəməsi təqdim edilən sübutların kifayət etmədiyi qənaətinə gələrək A.Şükürovanın şikayətini icraata qəbul etməyib.
Ayselin vəkili Mircəlal Muradlı saytımıza bildirib ki, Bakı Apellyasiya Məhkəməsi sonradan həmin qərarı ləğv edib. İş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılıb. Hələ ki, yeni proses keçirilməyib.
Qeyd edək ki, Aysel Şükürova Bakı "Lifttəmir" İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, bir neçə il əvvəl Oqtayla dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Cütlüyün birgə evlilikdən əkiz oğlan övladı var. Bloqer 3 il əvvəl "Location" gecə klubunda baş verən partlayışda xəsarət almışdı.
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla te

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb o

Teleaparıcı və Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman 2022-c

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə m

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşk

Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadi

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

"lnstagram"da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə c

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Co

ABŞ-nin sahil zonasında nəhəng sunami ilə müşayiət olunan doqquz bal gü

Müğənni Özcan Deniz və ailəsi arasındakı mübahisələr bitmək bilmir.�

2025-ci ilin yanvar-iyul ayları ərzində Sverdlovsk vilayətindən minə yaxı
