Bu gün rezidenturaya qəbul imtahanının 2ci mərhələsi keçiriləcək
Digərləri 10 Avq 2025 09:23:00 54 0
Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
Bu xəbəri də oxu: Avqustun bütün BÜRCLƏR üçün ən şanslı
Dövlət İmtahan Mərkəzindən Son.az-a bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Türkiyə Afrikadan gələn yeni "Eyyam-ı Bahur" isti hava dalğası

Diş fırçasını islatmaq çox insanın gündəlik vərdişidir, amma mütəx�

Qarabağ Universitetində qəbul aparılacaq ixtisaslar məlum olub.

Çərəzlərin tərkibi vitaminlər, minerallar, zülallar və yağlarla zəngin

Noxud hər kəsin mətbəxində tapılan və tez-tez bişirilən paxlalı bitkil

Dəri xərçənginə ixtisaslaşmış dermatoloq, günəşdən qorunmanın son d

Gələn həftə, avqustun 15-də ABŞ-nin Alyaska ştatında Rusiya Prezidenti V

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tra

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

Mütəxəssislər bəzi məhsulların soyuducuda saxlanmasının onların dadın

"Prezident Trampı təbrik edirəm! Sizin cəsarətli liderliyiniz və qlob

Fransız hiperkar istehsalçısı Bugatti avqustun 7-də ən son unikal avtomobi
