İlham Əliyev Ərdoğana zəng edib


Siyasət 09 Avq 2025 17:49:00 67 0

İlham Əliyev Ərdoğana zəng edib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Rəqsanə açıqsaçıq geyimi ilə diqqət çəkdi like
  • 09 Avq 17:33  
Şou-biznes Rəqsanə açıqsaçıq geyimi ilə diqqət çəkdi

Müğənni Rəqsanə İsmayılova görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Ən yaxşı kameraları olan like
  • 09 Avq 17:18  
Digərləri Ən yaxşı kameraları olan

"DxOMark" laboratoriyasının mütəxəssisləri yeni qiymətləndirm�

arrow Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında ABŞa işgüzar səfəri ilə bağlı paylaşım edilib  VİDEO like
  • 09 Avq 16:51  
Siyasət Prezidentin sosial şəbəkə hesablarında ABŞa işgüzar səfəri ilə bağlı paylaşım edilib VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ-a işgüzar səf

arrow Ətraflı
Damlanın hovuzdan VİDEOsu yayıldı like
  • 09 Avq 16:48  
Şou-biznes Damlanın hovuzdan VİDEOsu yayıldı

Tanınmış müğənni Damla görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
İran şokda! like
  • 09 Avq 16:38  
Digərləri İran şokda!

Ötən gecə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Erm

arrow Ətraflı
"Ukrayna öz ərazilərindən imtina etməyəcək" like
  • 09 Avq 16:33  
Dünya "Ukrayna öz ərazilərindən imtina etməyəcək"

Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.

arrow Ətraflı
"Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..." like
  • 09 Avq 16:18  
Digərləri "Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..."

"Onsuzda bədbəxt olursan, hələ 25 il də türmədə yatım?"

arrow Ətraflı
Toyda qayınata gəlini qucağına aldı  TƏNQİD OLUNDU like
  • 09 Avq 16:03  
Digərləri Toyda qayınata gəlini qucağına aldı TƏNQİD OLUNDU

Toyların birində çəkilən görüntü müzakirələrə səbəb olub.

arrow Ətraflı
NATO: Bu, regional təhlükəsizlik üçün böyük töhfədir like
  • 09 Avq 16:02  
Dünya NATO: Bu, regional təhlükəsizlik üçün böyük töhfədir

Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh m�

arrow Ətraflı
Rusiyanın ən böyük zavodlarından birində like
  • 09 Avq 15:47  
Digərləri Rusiyanın ən böyük zavodlarından birində

Rusiyanın Sterlitamak şəhərində ən böyük soda istehsalı zavodunda qaz b

arrow Ətraflı
Ərindən ayrılan qadının sevinci gündəm oldu like
  • 09 Avq 15:35  
Digərləri Ərindən ayrılan qadının sevinci gündəm oldu

Sosial şəbəkələrdə yayılan video gündəm olub.

arrow Ətraflı
ATƏT: Avqustun 8də əldə olunan like
  • 09 Avq 15:34  
Dünya ATƏT: Avqustun 8də əldə olunan

ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib.

arrow Ətraflı
Kirayə ev bazarında qıtlıq və like
  • 09 Avq 15:18  
Digərləri Kirayə ev bazarında qıtlıq və

Yeni dərs ili ərəfəsində tələbələrin paytaxta axışması qiymət artı

arrow Ətraflı