Tarixi Bəyannamənin FOTOsu


Siyasət 09 Avq 2025 01:06:00 76 0

Tarixi Bəyannamənin FOTOsu

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Sənəddə yazılıb:

1) Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2) Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3) Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4) Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5) Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6) Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7) Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır".

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Nikol PAŞİNYAN

Ermənistan Respublikasının

Baş naziri

Şahidlik etdi:

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti


Xəbərə aid fotolar

Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur like
  • 09 Avq 01:04  
Siyasət Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur

Həqiqətən də tarixi bir gündür və bu, bizim ölkələrimizin arasında v�

arrow Ətraflı
Ceylo geyimi ilə heyran etdi  FOTO like
  • 09 Avq 01:01  
Şou-biznes Ceylo geyimi ilə heyran etdi FOTO

Məşhur müğənni və aktrisa Cennifer Lopes qırmızı rəngin fərqli çala

arrow Ətraflı
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni bir mərhələnin açılmasıdır like
  • 09 Avq 00:58  
Siyasət Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni bir mərhələnin açılmasıdır

Sülh sazişinin hazırlanması və imzalanması, nəticə etibarilə iki ölkə

arrow Ətraflı
Vaşinqtonda Azərbaycanla ABŞ arasında Anlaşma Memorandumu imzalandı like
  • 09 Avq 00:42  
Siyasət Vaşinqtonda Azərbaycanla ABŞ arasında Anlaşma Memorandumu imzalandı

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 8-də Vaşinqtonda Azərbayc

arrow Ətraflı
Həmin o tarixi an like
  • 09 Avq 00:35  
Siyasət Həmin o tarixi an

Tarixi anın görüntüləri:

arrow Ətraflı
Vaşinqtonda Birgə Bəyannamə imzalandı like
  • 09 Avq 00:34  
Siyasət Vaşinqtonda Birgə Bəyannamə imzalandı

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika

arrow Ətraflı
İlham Əliyev: 907ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu like
  • 09 Avq 00:28  
Siyasət İlham Əliyev: 907ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu

907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu.

arrow Ətraflı
Prezident: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik like
  • 09 Avq 00:27  
Siyasət Prezident: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik

Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölg�

arrow Ətraflı
Prezident: Donald Tramp Qafqaza sülh gətirir like
  • 09 Avq 00:22  
Siyasət Prezident: Donald Tramp Qafqaza sülh gətirir

Prezident Donald Tramp Qafqaza sülh gətirir.

arrow Ətraflı
İlham Əliyev: "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq like
  • 09 Avq 00:21  
Siyasət İlham Əliyev: "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq

"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq.

arrow Ətraflı
Tramp: “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək like
  • 09 Avq 00:18  
Siyasət Tramp: “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək

"Tramp marşrutu" Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birl

arrow Ətraflı