Tramp: Sabah Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
Siyasət 08 Avq 2025 06:00:00 51 0
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
Son.az bildirir ki, AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir", - deyə Tramp qeyd edib.
O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. "Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq", - deyə o vurğulayıb.
Səhnə performansları, səsi və xarizması ilə milyonların sevimlisinə çe

Hökumət, insanları istismar edən və sağlamlıqlarına zərər vuran qeyri-

Genetik cəhətdən sağlam donor hüceyrələrdən istifadə edilən üsul, si�

Yeni bir araşdırmaya görə, həftədə üç və ya daha çox porsiya kartof q

ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan l

Vaşinqtonda qəbul ediləcəyi gözlənilən digər qərar isə İrəvanın Az�

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə M

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Avqustun 7-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əli

Son.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti D.Trampın şahidl

Rusiyalı komediya aktyoru və teleaparıcı Maksim Qalkin (Rusiya Ədliyyə Naz

ABŞ-nin İllinoys ştatının İst-Olton şəhəri yaxınlığında helikopteri

Rusiyada Moskva-Penza reysini yerinə yetirən sərnişin təyyarəsi təcili en

ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zaman

Amerikanın OpenAI şirkətinin məşhur ChatGPT çatbotu üçün hazırladığ�
