Bakıda iki uşağı ilə hotelə görüşə gedən qadını kişi eyvandan atdı Cinayət işi FOTO
Kriminal 04 Avq 2025 21:10:00 79 0
2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələrək, qeyri-rəsmi münasibətdə olduğu qadını R.Behbudov küçəsi, 59 ünvanda yerləşən "AF Hotel"in 6-cı mərtəbəsinin pəncərəsindən atması barədə məlumat verib.
Bu xəbəri də oxu: Təranə Muradova yubileyinə hazırlaşır FOTO
1997-ci il təvəllüdlü S.İ (ad şərtidir) ağır vəziyyətdə Kiliniki Tibbi Mərkəzə çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisə hotelin 6-cı mərtəbəsində, 1603 saylı otaqda baş verib.
Son.az bildirir ki, lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə necə baş verib?
İstintaqla müəyyən edilib ki, fevralın 16-ı saat 19:25-da Şükür Qənbərov qeyri-rəsmi münasibətdə olduğu S.İ və onun 2 azyaşlı övladları ilə birlikdə hotelə gəlib. Hotelin 6-cı mərtəbəsində yerləşən otağda onlar intim münasibətdə olublar. Sonra tərəflər arasında qısqanclıq zəminində mübahisə düşüb. Mübahisə zəminində Ş.Qəmbərov qadının baş nahiyəsinə zərbələr vurub, sonra isə onu pəncərədən atıb. Nəticədə qadın hotelin 3-cü mərtəbəsində olan tikilinin dam örtüyünün üzərinə düşüb. Dərhal qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasının müşayiəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.
İş üzrə dindirilmiş Şükür Qəmbərov bildirib ki, 2023-cü il fevralın 16-da Lənkərandan Bakıya qayıdıb və münasibətdə olduğu S.İ-yə zəng edərək görüşmək istədiyini bildirib. Sonra onun yaşadığı ünvana gedib və qadına hotelə getməyi təkilf edib. Ş.Qəmbərov qadını və uşaqları götürüb hotelə gətirib. Onlar bir günlük hotelin 6-cı mərtəbəsində yerləşən 1603 saylı otağı götürüblər. Ş. Qəmbərov qadınla intim münasibətdə olduqdan sonra qadına yenidən rayona qayıtmalı olduğunu deyib. Bu zaman onlar arasında mübahisə düşüb. Qadın Ş.Qəmbərova "səni rayonda gözləyən qızlar var, sən başqaları ilə danışırsan" deyib. Qısqanclıq zəminində yaranmış mübahisə zamanı, qadın onu söyməyə başlayıb: "Bu zaman onun üzünə sillə vurdum. Qapıya tərəf qaçanda arxadan tutdum və onu pəncərəyə tərəf gətirdim. Ayaqlarından qaldırıb, onu pəncərədən çölə atdım. Arxasınca baxdım. Yerə düşdüyündən əmin olandan sonra hamama keçib əllərimi yudum. Uşaqlara otaqdan çıxmamalarını və qayıdacağımı deyib polisə getdim. Özümü növbətçiyə təqdim edib baş verənləri danışdım".
Zərərçəkmiş S.İ bildirib ki, Şükür Qəmbərovla 2022-ci ilin aprel ayında tanış olub. Şükür onunla ailə həyatı quracağını deyib. "AF Hotel"də görüşüb, cinsi əlaqədə olublar. Dəfələrlə aralarında münaqişə olub. 2022-ci il iyunun 20-də Şükür onun uşağını döyüb. Oktyabrın 2-də Ağcabədi rayonunda bıçaqla xəsarət yetirib, barəsində cinayət işi başlanılıb və o bir neçə gündən sonra tutulub. Həmin il dekabrın 23-də Şükür məkəməyə qədər ev dustaqlığına buraxılıb. O vaxtdan fevralın 16-na kimi müxttəlif vaxtlarda Bakıda yerləşən hotellərdə görüşüblər. Münasibətdə olduğu ərəfədə, onun işləməsinə icazə vermədiyindən onun Şükürdən maddi asılılığı olub. Bundan əlavə, Qəmbərov müxtəlif əsassız bəhanələrlə mütəmadi olaraq yumruqla və taxta ilə onu döyüb. Bununla bağlı 2 dəfə - Qax və Xaçmaz rayonlarında polis şöbələrinə müraciət edib.
Məhkəmə iclasında Şükür Qənbərov ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkən də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Məhkəmə qənaətə gəlib ki, Şükür Qəmbərovun CM-nin 29,120.1-cü (qəsdən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb. O, qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Qənbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün kredit

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırma

Yay aylarında temperaturun yüksəlməsi həm insanlar, həm də heyvanlar üç

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahə

Ötən ay vəfat edən gənc şair Həsən Kürün övladı dünyaya gəlib.

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Avqustun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar

Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İda

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş m

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsm

Yaşayış binalarının birində yaşanan hadisə kameranıən obyektivinə dü

2025-ci ilin ilk yarısında ölkə üzrə 55 özəl stomatoloji klinikada yoxla
