Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb


Digərləri 14 Mar 2025 11:16:00 157 0

Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində Baş Plan üzrə 77 (birinci mərhələdə 73) birmərtəbəli fərdi yaşayış evləri, sonradan isə kəndin davamı olaraq Bəylik kəndi ilə birlikdə layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Ümumi ailələrin sayı 150, perspektivdə isə 160 ailənin burada məskunlaşdırılması planlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, sosial obyektlərdən 132 şagird-yerlik məktəb və 50 yerlik uşaq bağçasının layihələndirilməsi və tikintisi, eləcə də Baş Planda gəlir gətirən obyektlər (investorlar tərəfindən inşa olunması gözlənilən ticarət, iaşə, xidmət və digər obyektlər) üçün ərazilər nəzərdə tutulub. Sus kəndində fərdi yaşayış evlərinin və sosial obyektlərin işçi layihələri tam hazırlanıb, ərazidə söküntü-təmizləmə işləri başa çatdırılıb, evlərin tikintisi və şaquli planlaşdırma işləri tam həcmdə görülüb. Qəsəbədaxili su ötürücü kanalların və dağ yamacları boyunca kanalların tikintisi, təsərrüfat yollarında 600 mm-lik politelen boru ilə kanalların qurulması, su-kanalizasiya sistemi işləri, məktəb və bağçanın tikintisi başa çatdırılıb, Həkəri çayı boyunca istinad (beton) divarları çəkilib, yağış sularından mühafizə üçün istinad divarlarının tikintisi işləri 80 % icra olunub.

Bəylik kəndinin (Sus kəndi ilə birlikdə) Baş Planının Şəhərsalma əsaslandırması hazırlanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib və müsbət rəy alınaraq təsdiq edilib. Kənd üzrə evlərin (91 ev) tikintisi 93 %, klub-icma mərkəzinin tikintisi 72 %, yol yatağının tikintisi 82 %, istinad divarlarının tikintisi 67 %, ərazinin şaquli planlaşdırması 75 % icra edilib.

Cəbrayıl rayonunun Şükürbəyli kəndi üzrə (Dəjəl, Şıxalıağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə) birinci mərhələdə 635 ailə üzrə fərdi yaşayış evlərinin, 1 ədəd 360 şagird-yerlik məktəbin, 2 ədəd 80 yerlik uşaq bağçasının, həkim məntəqəsi, inzibati binanın, klub-icma mərkəzinin, musiqi məktəbinin və yanğınsöndürmə deposunun tikintisi nəzərdə tutulub. Əlavə olaraq ticarət binası, məişət evi, motel, idman-sağlamlıq mərkəzi, aptek, çörək sexi, ərzaq marketinin layihələndirilməsi və tikintisi planlaşdırılıb. Ərazidə söküntü-təmizləmə işləri, evlərin və sosial obyektlərin təməlinin qoyulması, inzibati binanın tikintisi tam başa çatdırılıb. Bundan əlavə, 526 evin və suvarma xəttinin çəkilişi 50 %, bağça və həkim məntəqəsinin tikintisi 90 %, su-kanalizasiya xətlərinin çəkilməsi 30 %, elektrik və rabitə xətlərinin çəkilməsi 35 %, məktəbin tikintisi 25 %, aptekin tikintisi 10 %, yol tikintisi 7 %, qaz və su xətlərinin çəkilməsi 20 %, kabel xətlərinin çəkilişi işləri 25 % icra olunub. Klub-icma mərkəzinin və musiqi məktəbinin tikintisinə başlanılmış və hazırda işlər davam etdirilir.

Laçın rayonunun Güləbird kəndində 581 ailəlik yeni yaşayış məntəqəsinin salınması məqsədilə birinci mərhələdə 150 fərdi evin, 432 şagird-yerlik məktəbin, 80 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, inzibati binanın, ailə sağlamlıq mərkəzinin, idman klubu, məişət evi, mərasim zalı, ərzaq marketi və ticarət binasının layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Yaşayış məntəqəsinin tikintisinə 2024-cü ilin aprel ayında başlanılıb, ərazidə söküntü-təmizləmə işləri tam başa çatdırılıb, bütün evlərin bünövrəsi qazılaraq 58 evin tikintisinə başlanılıb. Ərazidə yol yatağının açılması işləri 70 %, yolların çəkilişi və su-kanalizasiya sisteminin qurulması 40 %, evlərin, məktəb, bağça, inzibati binanın, klub-icma mərkəzinin tikintisi işləri 10 % yerinə yetirilib. Hazırda işlər davam etdirilir.

Daha bir maye qazdoldurma məntəqəsi bağlandı like
  • 14 Mar 11:12  
Digərləri Daha bir maye qazdoldurma məntəqəsi bağlandı

İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

arrow Ətraflı
Laçın Beynəlxalq Hava Limanı bu il istifadəyə veriləcək like
  • 14 Mar 11:09  
Digərləri Laçın Beynəlxalq Hava Limanı bu il istifadəyə veriləcək

Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdı

arrow Ətraflı
Bu ərazidə aktiv döyüşlər GEDİR  Ukrayna əkshücuma keçir like
  • 14 Mar 11:06  
Dünya Bu ərazidə aktiv döyüşlər GEDİR Ukrayna əkshücuma keçir

Ukraynanın Xarkov vilayətinin Boquslavka kəndi ərazisində aktiv döyüşlə

arrow Ətraflı
Bələdiyyə sədrinin qızı aktyorla eşq yaşayır  FOTO like
  • 14 Mar 11:00  
Şou-biznes Bələdiyyə sədrinin qızı aktyorla eşq yaşayır FOTO

"Behzat Ç" kimi tanınan məşhur aktyor və Etimesqut bələdiyyəsi

arrow Ətraflı
Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirdi like
  • 14 Mar 10:30  
Digərləri Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirdi

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN)

arrow Ətraflı
Kerem Özdoğan ata olacaq like
  • 14 Mar 10:27  
Şou-biznes Kerem Özdoğan ata olacaq

"Prens" serialının aktyoru Kerem Özdoğan ata olacaq.

arrow Ətraflı
Qızılın qiymətində tarixi REKORD like
  • 14 Mar 10:00  
Digərləri Qızılın qiymətində tarixi REKORD

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiym

arrow Ətraflı
Lirə və avro ucuzlaşdı, bu valyuta isə BAHALAŞDI like
  • 14 Mar 09:53  
Digərləri Lirə və avro ucuzlaşdı, bu valyuta isə BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
"Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq" like
  • 14 Mar 09:50  
Siyasət "Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq"

"Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günl

arrow Ətraflı
Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib like
  • 14 Mar 09:45  
Digərləri Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

arrow Ətraflı
"Çörəkpulu" alan köçkünlərin sayı azalıb like
  • 14 Mar 09:43  
Digərləri "Çörəkpulu" alan köçkünlərin sayı azalıb

2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət ("çörəkpulu&qu

arrow Ətraflı
Nişanlısının hədiyyə etdiyi üzüyü 12 dollara satıb like
  • 14 Mar 09:36  
Şou-biznes Nişanlısının hədiyyə etdiyi üzüyü 12 dollara satıb

Məşhur müğənni, aktrisa Selena Qomez musiqiçi nişanlısı Benni Blankonun

arrow Ətraflı
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir like
  • 14 Mar 09:30  
Digərləri Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz gen

arrow Ətraflı
Qeyriiş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək? like
  • 14 Mar 09:22  
Digərləri Qeyriiş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənə

arrow Ətraflı