Dünya "tikan üstündə" Bölgədə dumanlar yüksəldi
Dünya 04 Avq 2025 09:32:00 45 0
Rusiya Ukraynadakı Zaporijya Atom Elektrik Stansiyasının bir obyektini vurub, Ukrayna isə Soçidəki neft bazasına hücum edib.
Bu xəbəri də oxu: Braziliya Prezidenti Trampa qəzəbləndi: "Bütün sərhədləri aşıb"
Son.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Ukraynanın Zaporijya Atom Elektrik Stansiyasının dəstək obyektlərindən birini top atəşi və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.
Hücum edilən ərazidən tüstülərin yüksəldiyi müşahidə olunub.
Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) hücum barədə məlumat verərək bildirib ki, stansiyanın rəhbərliyi agentliyin orada olan əməkdaşlarına obyektin səhər saat 09:00-dan etibarən hücuma məruz qaldığını bildirib. UAEA heyəti həmin vaxt ərazidə hərbi aktivliyi eşitdiyini təsdiqləyib.
Agentliyin açıqlamasına görə, zərbə endirilən obyekt atom elektrik stansiyasından təxminən 1200 metr məsafədə yerləşir və oradan tüstülərin yüksəldiyi müşahidə olunub.
UAEA-nın Baş direktoru Rafael Mariano Qrossi bildirib:
"Nüvə stansiyası yaxınlığında baş verən istənilən hücum - məqsədindən asılı olmayaraq - nüvə təhlükəsizliyi üçün potensial risk yaradır və qarşısı alınmalıdır. Bir daha çağırış edirəm: nüvə obyektləri yaxınlığında hərbi qüvvələr maksimum təmkin göstərməlidir ki, nüvə qəzası riski yaranmasın".
Qeyd olunub ki, hücum nəticəsində stansiyada hər hansı radiasiya sızması qeydə alınmayıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ölkəsi artıq AB�

Bəzən uğur insanın ayağına özü gəlir. Avqust ayında bəzi bürclər m�

Kanal D-nin reytinqli serialı "Uzak Şehir"in əsas aktyor heyəti il

Rusiyada neft bazasında yanğın fonunda video çəkən iki gənc qız saxlanı

Duzlu su ilə yuyunmaq bir sıra faydalı təsirlərə malik ola bilər.

Rus dermatoveneroloq Elvira Hüseyinova sızanağın yaranmasının əsas səbə

Duz orqanizm üçün zəruri element olsa da, həddindən artıq istehlak ciddi

"Optimal immun funksiyanı qorumaq üçün əsas amil balanslı qidalanmad�

Son illərdə texnologiya dünyasında böyük populyarlıq qazanan ağıllı sa

Enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə

Dişləri sarılaşdıran diş daşından qurtulmağın bir çox yolu var. Evdə

Qaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə

Fərdi ev sahibləri üçün ağac seçimi təkcə estetik və praktikliklə mə

Odessada çimərlikdə rus musiqisinə görə kütləvi dava düşüb.
