Maşın bazarında vəziyyət necədir?
Digərləri 03 Avq 2025 22:40:00 57 0
Bu gün "maşın bazarı" günü idi.
Bu xəbəri də oxu: Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
Son.az bildirir ki, bazarda vəziyyət yenə də ürəkaçan deyildi.
Maşın bazarına əvvəlki maraq qalmayıb. Alıcılar avtomobili ya elan saytlarından, ya da sosial şəbəkələrdən seçirlər.
Hələ Çin avtomobillərinin ucuz və əlçatan olması vəziyyəti maşın bazarındakı vəziyyəti daha da çətinləşdirir. Artıq Çin avtomobillərinə artan tələbatı görən salonlar da ənənəvi maşınları Çin avtomobilləri ilə əvəzləyirlər.
Bəs Çin maşınları bazarı niyə bu qədər ələ keçirdi?
Çin avtomobilləri dünya bazarında sürətlə yayılaraq bir sıra səbəblər ucbatından geniş üstünlük qazanıb. Bu markalar münasib qiymətə zəngin təchizat təklif edir, elektrikli nəqliyyat vasitələri sahəsində isə ciddi texnoloji üstünlüyə malikdirlər. Çində dövlətin verdiyi subsidiyalar, ixrac üçün təşviqlər, eləcə də Qərb avtomobillərinin bahalaşması fonunda Çin maşınları daha cazibədar görünür. Son illərdə dizayn və keyfiyyət baxımından da xeyli irəliləyiş əldə edən Çin brendləri qlobal alıcılar üçün cəlbedici alternativə çevrilib.
Çin maşınlarının "bata" bilmədiyi markalar
Çin avtomobilləri dünya bazarında sürətlə yayılsa da, bəzi tanınmış markalara qarşı hələ də tam rəqabət apara bilmirlər. Xüsusilə Toyota, Mercedes-Benz, BMW, Audi və Porsche kimi brendlər etibarlılıq, texnoloji üstünlük, mühəndislik keyfiyyəti və illərlə formalaşmış prestijləri ilə seçilir. Toyota uzunömürlü və qənaətcil modelləri ilə, Mercedes və BMW isə lüks seqmentdə mühəndislik və dizayn baxımından üstün mövqedədir. Audi texnologiya və idarəetmə keyfiyyəti ilə, Porsche isə yüksək performanslı avtomobillər sahəsində liderlik edir. Çin istehsalçıları bu seqmentlərdə irəliləsə də, bu markaların yaratdığı güclü brend imici və müştəri etimadı hələ də onlara "bata" bilməyə imkan vermir.
İslam Son.az
Abşeron rayonun Masazır qəsəbəsində 8 yaşlı qıza anası tərəfindən i

Azərbaycanda daha 65 peşə və vəzifədə çalışanlar da güzəştli şərt

Rusiyada sosial şəbəkə və messencerlər üzərindən törədilən cinayətl

Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə madd

Rosqvardiyanın Mərkəzi Dairə komandanının həbsdə olan keçmiş müavini

Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə

Avqust bürcün dörd əlamətinin nümayəndələri üçün xüsusilə əlveri�

Kahramanmaraşda baş tutan bir toy məclisi gündəmi zəbt edib.

İştahsızlıq orqanizmin müəyyən qida maddələrinə və ya ümumilikdə qi

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Minlərlə tibetli rahib özlərinin ruhani lideri XIV Dalay Lamanın 90 illik y

"Avroviziya 2015" Rusiyanın təmsilçisi, məşhur müğənni Polina
