Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı Türkiyədə açılış mərasimi keçirilir FOTO
Digərləri 02 Avq 2025 11:20:00 56 0
Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.
Bu xəbəri də oxu: Sabah Abşeron çimərliklərində 30 dərəcəyədək isti olacaq
Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.
Nazirlərin çıxışlarından sonra aparıcı açılış mərasimində iştirak edən rəsmi şəxsləri səhnəyə dəvət edəcək. Daha sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək. Bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start veriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200-1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məka

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərh

Yaxın Şərq onilliklər boyu müəyyən geosiyasi sabitliklərə əsaslanırd�

Amerikalı müğənni və model Paris Cekson nişanlısı, prodüser Castin Lonq

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qa

Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Avqustun 2-si, şənbə günü üçün ulduz falı bir neçə bürc üçün inan

"Donald Trampın davranışları ölkəni qaranlıq bir dövrə sürükləy

Ukrayna ilk dəfə olaraq Azərbaycan təbii qazını qəbul etməyə başlayıb

Mütəxəssislər acqarına qəbul edilən pul bibər və qatıq qarışımını

Perunun keçmiş prezidenti Pedro Pablo Kuçinskiyə 12 il müddətinə ev dusta

Səhərlər rahat oyanmaq üçün ilk növbədə yuxu rejiminizi nizamlı saxlam

Saç tökülməsi həm kişilər, həm də qadınlar üçün geniş yayılmış

Digər millətlərdən fərqli olaraq, azərbaycanlılar 40 dərəcə istidə qa
