"Burada səsimizi Allah da eşitmirdi"


Kriminal 01 Avq 2025 20:45:00 53 0

"Burada səsimizi Allah da eşitmirdi"

"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir, dostlar. Səsimə səs, nəfəsimə nəfəs, gücümə güc qatanım, Arif Babayev... Arif müəllim həyatda idi, Şövkət xanımın yoxluğuna o qədər də inanmırdım. Bu gün isə körpə uşağa dönmüşdük: mən, Nuriyyə Hüseynova, Zakir Əliyev, Nəzakət Teymurova, Cabir Abdullayev... Elə bil atasız qalan körpə, əlləri yaralı quş kimi çabalayan, imdad diləyən, içindəki, hayqırtısından öz qulağı tutulan, "köməy olun" deyərək işi-çölü yanan körpə uşaqlar kimi biri-birimizdən bərk yapışaraq sanki Tanrıdan "nə olar, ustadımızı ayırma bizdən, Allahım" deyirdik, iç naləmizlə. Səsimizi özümüzdən başqa eşidən yox idi... Allah da eşitmirdi. Çünki içimiz qana boyanmışdı, qan ağlayırdı..."

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşımında yazıb. 

"Seygahın şahı getdi. Ustadımız köçdü başqa dünyaya. Biz olmayan dünyaya bizsiz köçdü. Tək getdi o çətin, qaranlıqlardan keçən uzun yolu. Azüqən bol olsun, ustad. Bütün sənət öyrətdiyin tələbələrinin, onların da tələbələrinin sizdən qazandığı, öyrəndikləri sizin səvablarınız olsun yolunuz boyu. Getdiniz. Sizdən qalan bunlar oldu. Biz sizdən razı qaldıq. Qoy, Allah da sizdən razı olsun.

Arif müəllim segah muğamının sadəcə ifaçısı deyildi, onun ruhunu danışdıran bir sənətkar idi. Sanki segah muğamı onun səsində özünü tapmışdı. Onun oxuduğu segah əslində bir tale, bir hekayə, bir dua kimi səslənirdi. Elə bil ki, bu segah onun üçün yazılmışdı, onun nəfəsinə, qəlbinə, daxili aləminə uyğun biçilmişdi. Arif müəllim segahı oxuyanda sanki səsindən boylanan bir rəsm vardı - nə fırça iziydi, nə də sadə bir kölgə... Bu, Allahın çəkdiyi rəng idi, heç bir rəssamın əli çata bilməyəcəyi dərəcədə saf və müqəddəs.

Onun səsində bir yanğı vardı - bir ağrının gözəlliyi, bir dərdin zərifliyi. Hər segah onun dilindən çıxanda insanların içində illərlə gizlənmiş duyğuları oyadırdı. Və o qədər təsirli, dərin idi ki, segah artıq sadəcə bir muğam yox, Arif Babayevin öz səsi, öz nəfəsi olmuşdu. İndi segah səslənəndə çoxları onu yenə Arif müəllimin səsində eşitmək istəyir. Çünki segah onunla bütöv, tam idi. Onun səsi olmasaydı, segah bu qədər vardı? Onun səsi olmasaydı, segah bu qədər sevilərdi, başa düşülərdimi? Bunu zamanın özü də cavablandıra bilmir. Arif Babayev segahı danışdırdı. Onunla dərdini dedi, sevdi, Tanrıya pıçıldadı. Və bu pıçıltı bu gün də səslənir - qəlblərdə, yaddaşlarda, sükutun özündə... Arif Babayev segahın rəssamı, bəstəkarı, tələbərinin isə əsl atası idi" deyə, A.Haşımova bildirib.

Qeyd edək ki, Arif Babayev bu gün səhər saatlarında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Rusiyada rus dilini bilməyən miqrantlar işə götürülməyəcək like
  • 01 Avq 20:30  
Dünya Rusiyada rus dilini bilməyən miqrantlar işə götürülməyəcək

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantla

arrow Ətraflı
Pensiyaçıların nəzərinə! like
  • 01 Avq 20:14  
Digərləri Pensiyaçıların nəzərinə!

Son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hü

arrow Ətraflı
Yeni Klinikanın direktoru orqanlarını bağışladı like
  • 01 Avq 20:00  
Digərləri Yeni Klinikanın direktoru orqanlarını bağışladı

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.

arrow Ətraflı
AQTA qarpızyemişlə bağlı yoxlamalara başladı like
  • 01 Avq 19:49  
Digərləri AQTA qarpızyemişlə bağlı yoxlamalara başladı

AQTA yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemi

arrow Ətraflı
Bu mobil operator şirkətinə yeni direktor təyin olundu  FOTO like
  • 01 Avq 19:45  
Digərləri Bu mobil operator şirkətinə yeni direktor təyin olundu FOTO

"Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin ol

arrow Ətraflı
Bu içkilər şəkər xəstəliyi yaradır like
  • 01 Avq 19:30  
Digərləri Bu içkilər şəkər xəstəliyi yaradır

Süni şirinləşdirici ilə hazırlanan "zero" içkilərin sağlamlı

arrow Ətraflı
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edildi like
  • 01 Avq 19:15  
Digərləri Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edildi

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.

arrow Ətraflı
Köhnə Günəşli qəsəbəsində avtoservis yanır like
  • 01 Avq 19:06  
Digərləri Köhnə Günəşli qəsəbəsində avtoservis yanır

Bakının Köhnə Günəşli qəsəbəsində avtoservis yanır.

arrow Ətraflı
“Düşmən 2020ci ildəki məğlubiyyətlə barışa bilmirdi"  Məhkəmə  FOTO like
  • 01 Avq 19:04  
Digərləri “Düşmən 2020ci ildəki məğlubiyyətlə barışa bilmirdi" Məhkəmə FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova like
  • 01 Avq 18:52  
Siyasət Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova

Xankəndidə erməni əsilli rəssam Hovanes Ayvazyana (İvan Ayvazovski) qoyulm

arrow Ətraflı
Bakıda maşını qəsdən yandıranlar saxlanılıblar  VİDEO like
  • 01 Avq 18:48  
Kriminal Bakıda maşını qəsdən yandıranlar saxlanılıblar VİDEO

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-

arrow Ətraflı
BQXKnın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti bu tarixdən dayandırılacaq  FOTO like
  • 01 Avq 18:42  
Digərləri BQXKnın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti bu tarixdən dayandırılacaq FOTO

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayram

arrow Ətraflı
İqtisadi Şuranın növbəti iclası keçirildi  FOTO like
  • 01 Avq 18:25  
Digərləri İqtisadi Şuranın növbəti iclası keçirildi FOTO

Avqustun 1-də Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş

arrow Ətraflı
Bu dərman insanları riskə sövq edirmiş  Azərbaycanda da satılır like
  • 01 Avq 18:24  
Digərləri Bu dərman insanları riskə sövq edirmiş Azərbaycanda da satılır

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

arrow Ətraflı