Dünyanın təxminən 10 faizi... ChatGPTdən nə qədər adam istifadə edir?


Digərləri 01 Avq 2025 10:00:00 88 0

Dünyanın təxminən 10 faizi...  ChatGPTdən nə qədər adam istifadə edir?

"OpenAI" şirkəti ChatGPT çat-botunun artıq hər həftə 700 milyon insan tərəfindən istifadə olunduğunu bildirib. Bu rəqəm dünya əhalisinin təxminən 10 faizini təşkil edir. 

Son.az xəbər verir ki, bu barədə "The Information" nəşri məlumat yayıb. Müqayisə üçün deyək ki, 2025-ci ilin fevralında bu göstərici 400 milyon idi.

İstifadəçi sayındakı sürətli artım süni intellektə olan marağın artması və yeni "düşünə bilən" modellər - "o3" və "o4-mini"nin istifadəyə verilməsi fonunda baş verib. Şirkət bu modelləri özünün "ən ağıllı" texnologiyaları adlandırır və onların ChatGPT-nin bütün funksiyalarına çıxışı var.

"The Information"un məlumatına görə, 2025-ci ilin ilk yeddi ayında ChatGPT-nin gəliri ikiqat artaraq illik 12 milyard ABŞ dollarına çatıb. Hazırda "OpenAI" ayda 1 milyard dollar və ya hər dəqiqə 20 min dollar qazanır.

Şirkətin yaxın planlarında "GPT-5" modelinin istifadəyə verilməsi var. Məlumata görə, bu model avqustun əvvəlində təqdim oluna bilər. "OpenAI"a yaxın mənbələr bildirir ki, "GPT-5" təkcə dil modeli deyil, həm də süni intellekt sahəsində inqilabi dəyişiklik olacaq. Söhbət ümumi süni intellekt (AGI) konsepsiyasından gedir - bu model istənilən məsələni həll etməyə və hətta dahilər səviyyəsində düşünməyə qadirdir.

Bundan başqa, şirkət açıq çəki dəyərlərinə malik model hazırlayır. Bu addım "DeepSeek" və "Meta" ilə rəqabətə yönəlib. Gözlənilir ki, bu model açıq lisenziya əsasında təqdim olunacaq.

Qeyd edək ki, bu həftə "OpenAI" ChatGPT-yə yeni "öyrədici rejim" əlavə edib. Bu rejimdə çat-bot cavabı birbaşa təqdim etmir, əksinə istifadəçini doğru istiqamətə yönəldir və addım-addım izah edir ki, istifadəçi problemi özü həll edə bilsin.

Digər tərəfdən, "OpenAI"ın rəhbəri Sem Altman xəbərdarlıq edib ki, ChatGPT ilə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər. Mövcud qanunvericilik çat-botlarla aparılan yazışmalara terapevt və ya hüquqşünasla danışıq zamanı tətbiq olunan məxfilik statusunu vermir./qayanrinfo 

Castin Timberleykdə xəstəlik AŞKARLANDI like
  • 01 Avq 09:51  
Şou-biznes Castin Timberleykdə xəstəlik AŞKARLANDI

Dünya ulduzu Castin Timberleykə Laym xəstəliyi diaqnozu qoyulub.

arrow Ətraflı
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb like
  • 01 Avq 09:39  
Kriminal Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekrol

arrow Ətraflı
Türkiyədə ardıcıl 4 zəlzələ oldu like
  • 01 Avq 09:24  
Digərləri Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.

arrow Ətraflı
Bu xarici valyutaların manata qarşı məzənnəsi dəyişdi like
  • 01 Avq 09:15  
Digərləri Bu xarici valyutaların manata qarşı məzənnəsi dəyişdi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Arif Babayev vəfat etdi like
  • 01 Avq 09:00  
Kriminal Arif Babayev vəfat etdi

Xalq artisti Arif Babayev dünyasını dəyişib.

arrow Ətraflı
Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi like
  • 01 Avq 08:48  
Dünya Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi

Litvaniyanın Baş naziri Gintautas Paluckas, ailəsi ilə bağlı şirkətlər

arrow Ətraflı
Su və dəniz macərası üçün ən yaxşı smartfonlar like
  • 01 Avq 07:07  
Digərləri Su və dəniz macərası üçün ən yaxşı smartfonlar

Yay aylarında dəniz sahilləri, göllər və çaylar ətrafında vaxt keçirm

arrow Ətraflı
"Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm" like
  • 01 Avq 06:06  
Şou-biznes "Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm"

Müğənni Sevda Əliqızı Onkoloji xəstəliklə necə mübarizə aparmasınd

arrow Ətraflı
Zəqar alanda bunları etməsən, dəri xərçəngi riski yaranır like
  • 01 Avq 04:04  
Digərləri Zəqar alanda bunları etməsən, dəri xərçəngi riski yaranır

İsti yay fəsillərində günəş şüalarından qorunmaq üçün müxtəlif ü

arrow Ətraflı
Belinizi incitməyəcək 6 aşağı şəkərli süd məhsulu like
  • 01 Avq 03:03  
Digərləri Belinizi incitməyəcək 6 aşağı şəkərli süd məhsulu

Əlavə şəkərin qəbulunu azaltmaq sağlam qidalanmanın əsas prinsiplərind

arrow Ətraflı
Süni zəlzələlər və sunami təhlükəsi – Təsadüf, yoxsa qlobal təzyiq planı? like
  • 01 Avq 02:02  
Digərləri Süni zəlzələlər və sunami təhlükəsi – Təsadüf, yoxsa qlobal təzyiq planı?

Son günlərdə dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlz

arrow Ətraflı
30 gün gec yatdıqda bədəninizdə nələr baş verir? like
  • 01 Avq 01:01  
Digərləri 30 gün gec yatdıqda bədəninizdə nələr baş verir?

Yaxşı yuxu lüks deyil, həyati vacib bir ehtiyacdır. Kifayət qədər istira

arrow Ətraflı
"Kuruluş Osman"ın adı dəyişdi like
  • 01 Avq 00:38  
Şou-biznes "Kuruluş Osman"ın adı dəyişdi

"Kuruluş Osman" serialının adı dəyişdirlib.

arrow Ətraflı
Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı like
  • 01 Avq 00:29  
Şou-biznes Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı

1990-cı illərdə Fransada konsert zamanı mərhum pop ulduzu Maykl Ceksonun ge

arrow Ətraflı