Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı
Digərləri 31 İyl 2025 04:04:00 72 0
COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müddətdə dünyada milyonlarla insanın həyatını xilas etdiyi rəqəmlərlə təsdiqlənib.
Bu xəbəri də oxu: Rubl bahalaşdı, avro ucuzlaşdı Dollar isə bu qiymətə satılır
Son.az xəbər verir ki, yeni bir araşdırma peyvəndlərin xilas etdiyi yaşam illərini və Omikron dövründəki təsirini də əhatə edir.
İtaliyanın Milan şəhərində yerləşən Universite Cattolica del Sacro Cuore universitetinin rəhbərliyi ilə aparılan elmi araşdırmaya əsasən, 2020-2024-cü illər arasında tətbiq olunan COVID-19 peyvəndləri dünya üzrə təxminən 2,5 milyon insanın həyatını xilas edib. Bu isə təxminən hər 5 400 doza peyvəndə bir insan həyatı düşməsi deməkdir.
Araşdırmaya görə, ümumilikdə tətbiq olunan 13 milyard doza peyvənd dünya əhalisinin 67 faizini əhatə edib. Hər 900 dozada bir yaşam ilinin qazanılmasına töhfə verilib və bu da ildə ümumilikdə 14,8 milyon yaşam ili qazanıldığı mənasına gəlir.
Kaliforniya Universitetindən doktor Monika Qandi bildirir ki, 2023-cü il dekabrın 31-nə qədər dünya əhalisinin üçdə ikisi ilkin peyvənd dozasını qəbul etmişdi.
Pandemiyanın ilk aylarında, peyvəndlər hələ geniş yayılmadığı zaman reanimasiya şöbəsinə yerləşdirilən COVID-19 xəstələrinin təxminən 44 faizi həyatını itirirdi. ABŞ-da qeydə alınan artıq ölümlərin 72 faizi birbaşa COVID-19 ilə əlaqələndirilir və 2020-2021-ci illər ərzində dünya üzrə 14,9 milyon artıq ölüm baş verdiyi təxmin edilir.
Avropanın 18 ölkəsindən toplanan məlumatlara əsasən, təkcə 2020-2022-ci illər arasında 16,8 milyon yaşam ili itirilib.
Peyvəndlərin hazırlanması: Misli görünməmiş sürət
SARS-CoV-2 virusu ilə bağlı ilkin məlumatlar əldə olunduqdan dərhal sonra elmi dünya sürətlə hərəkətə keçib. Beynəlxalq əməkdaşlıqla hazırlanan ilk peyvəndlər klinik sınaq mərhələsinə rekord müddətdə çatıb. Bu peyvəndlərin xəstəxanaya yerləşdirmə və ölüm hallarını önləmədəki uğuru sahə məlumatları və son araşdırmalarla rəqəmlərlə də təsdiqlənib.
Araşdırmanın müəllifləri professor Stefania Botçça və doktor Ancelo Mariya Pezzullo bu təhlillə bağlı belə deyir: "Əvvəllər də bir çox araşdırma aparılıb, lakin bu iş qlobal məlumatlardan istifadə etməsi, Omikron dövrünü əhatə etməsi və xilas edilən yaşam illərini hesablaması baxımından bu günə qədərki ən genişmiqyaslı təhlildir".
Kimlərin həyatı xilas edilib?
Kolbasa, frankfurter, cips və qəlyanaltılar uzun müddətdir ki, bir çox ukr

Mətbəxdə daim müzakirə olunan məsələ: qızartmaq üçün nə daha yaxş�

Almaniyada dərc olunan yeni hesabatda çinli qadınların qeyri-qanuni yollarla

Tramp ABŞ üçün təhdid yaradan hərəkətlərə görə Braziliyaya 50% rüsu

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində ağır yol-nəqliyyat hadisə

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində

Kanala düşən 16 yaşlı yeniyetmədən 36 gündür xəbər yoxdur.

Müasir dövrdə turizm təkcə tarixi və coğrafi gözəlliklərə deyil, həm

Bakı dəyişir. Neftin qoxusu ilə tanınan bu şəhər indi gül ətirli cığ

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyanın Kamçatka yarımadasının sahillərində 8,8 bal gücündə , eləc�

2025-ci ilin sonuna qədər vəzifə yüksəlişi baxımından xüsusilə diqqə

Kelt təqviminə görə, hər doğum tarixinin özünəməxsus bir ağacı var.

Əməkdar artist Qorxmaz Əlilicanzadə saçına boya qoyması ilə bağlı sual

Rusiya Federasiyasının şərqində yerləşən Kamçatka yarımadası sahillə
