Bakıda məşhur futbolçunun evindən oğurluq Keçmiş vəzifəli xanım saxlanıldı
Kriminal 28 İyl 2025 18:36:00 82 0
Bakıda məşhur futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məhkəmə qarşısına çıxarılıb.
Bu xəbəri də oxu: XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən şəxs 1980-ci il təvəllüdlü, Ucar rayon sakini A.S.-dir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə ittiham olunub.
İstintaqla müəyyən edilib ki, A.S. 1 iyun 2022-ci ildən 7 saylı "ASAN Xidmət" mərkəzində baş mütəxəssis vəzifəsində çalışıb. Zərərçəkmiş şəxs Cavid Tağıyevin həyat yoldaşı G.M. da eyni qurumda baş mütəxəssis işləyib və təqsirləndirilənlə yaxın rəfiqə olublar.
A.S.-nin təxminən 5 min manat borcu olduğu üçün o, G.M.-nin evindən oğurluq etməyə qərar verib. Əvvəlcə "ASAN Xidmət"in əməkdaşlarının çantalarını qoyduğu otağa daxil olaraq G.M.-nin çantasından ev açarını oğurlayıb. 2024-cü ilin iyun ayında G.M. ailəsi ilə Türkiyəyə istirahətə yollandıqdan sonra A.S. onun mənzilinə daxil olaraq 6 min 500 manat dəyərində əmlak oğurlayıb. Bu hadisədən ev sahibləri 8 ay xəbərsiz olublar.
A.S. növbəti oğurluğu 1 yanvar 2025-ci ildə törədib. Belə ki, Cavid Tağıyev ailəsi ilə Tovuz rayonuna yollanıb. A.S. bu dəfə onun mənzilinə daxil olaraq aşağıdakı əşyaları oğurlayıb:
* 2500 manat dəyərində "Tissot" markalı kişi qol saatı, * 6000 manat dəyərində ağ qızıldan nişan üzüyü, * 800 manat dəyərində üç cüt uşaq qızıl sırğası, * 700 manatlıq daha bir "Tissot" kişi qol saatı, * 400 manatlıq qızıl sırğa, * 50 manatlıq cins gödəkcə, * 50 manatlıq digər bir gödəkcə, * 30 manatlıq cins şalvar, * 400 manatlıq "Canon" fotoaparat və * 300 manat nağd pul.
Nəticədə zərərçəkmişə ümumilikdə 11 min 230 manat maddi ziyan dəyib.
Hadisədən xəbər tutan Cavid Tağıyev hüquq-mühafizə orqanlarına müraciət edib və A.S. saxlanılıb. O, vəzifəsindən azad edilib. İstintaq dövründə A.S. vurduğu maddi ziyanı tam şəkildə ödədiyi üçün Cavid Tağıyevin ailəsi ondan şikayətçi olmayıb.
Məhkəmə A.S.-yə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Belə ki, onun 2 ay 2 gün həbsdə, 3 ay 29 gün isə ev dustaqlığında keçirdiyi müddətlər nəzərə alınaraq, ümumilikdə cəzanın 1 il 2 günü çıxılıb və nəticə olaraq 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası qüvvədə saxlanılıb. Bu müddət ərzində A.S. elektron qolbaqla nəzarətdə olacaq.
Qeyd edək ki, Cavid Tağıyev peşəkar karyerası ərzində "Turan Tovuz", AZAL, "Qarabağ", "Zirə", "Sumqayıt", "Sabah", "Səbail" və "Cəbrayıl" klublarında çıxış edib, son olaraq 1-ci liqa təmsilçisi MOİK-in formasını geyinib. O, 2015-2016-cı illərdə Azərbaycanın əsas millisində iki oyuna çıxıb. 33 yaşlı yarımmüdafiəçi "Qarabağ"la iki dəfə Premyer Liqanın (2014/15, 2015/16), iki dəfə də Azərbaycan Kubokunun (2014/15, 2015/16) qalibi olub. Son.az
Şimali Koreyada əvvəllər raket sınaqlarının aparıldığı ərazidə ku

Müğənni İbrahim Borçalı dünyasını dəyişən oğlu Rəhimin vəfatında

ABŞ-nin BMT-dəki səfiri Doroti Şi BMT Təhlükəsizlik Şurasında çıxış

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra d�

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı g

Dünya qızıl bazarında qiymətlərin bahalaşması təbii olaraq Azərbaycan

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil �

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti öt�

DƏYƏRLİNİ QEYD EDİRİK: MASTERCARD-ın QLOBAL MİRASINDAN AZƏRBAYCANDA YER

Bakının Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə ə

Müğənni Mənzurə Musayeva uğursuz plastik əməliyyatından danışıb.

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda -

İngiltərədə aparılan son araşdırma pandemiyanın təkcə bədən sağlaml

Bu ilin əvvəli qüvvəyə minən "Hərbi vəzifə və hərbi xidmət haqq
