Daha bir “plastik cərrah” qalmaqalı “Bədənim çürüyür”
Digərləri 24 İyl 2025 20:39:00 91 0
Fərizə Hacıyeva adlı vətəndaşı özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.
Bu xəbəri də oxu: Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR
Son.az xəbər verir ki, o, bu şikayətlə Baku TV-yə üz tutub.
"Yanvarın 14-də "MedAura" klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi", - şikayətçi söyləyib.
Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.
Daha sonra Baku TV-nin müxbiri əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra isə kanalın əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb.
Araşdırma nəticəsində o da məlum olub ki, "MedAura" klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.
Bundan başqa, iddialara görə, həkimin "Mərcan" klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.
Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Bakıda əlil övladına aliment ödəməyən ata həbs edilib.

Çeçenistanın Dövlət Başçısı Ramzan Kadırov, tətil məqsədilə gəldi

Amerikalı güləşçi, aktyor Hulk Hogan 71 yaşında vəfat edib.

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri"ndə (EE�

İyulun 24-də Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində ə

Bu il 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.

Ölkə ərazisində uşaqlar arasında yoluxucu xəstəlik yayılıb.

Hazırda ictimaiyyət arasında "ehtiyatda olan zabit" anlayışı il�

"Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözlə

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib

Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın

1982-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Yusupov A

BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı sonuncu dəfə 202
