Bu rayonlarda qaz olmayacaq
Digərləri 24 İyl 2025 10:05:00 96 0
Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.
Bu xəbəri də oxu: Türkiyədə içərisində 12 nəfərin olduğu kater yanır
"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu və Cumakənd kəndlərini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyə sınaq məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək bu ərazilərdə 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən yerüstü qaz xəttinə qoşulma işləri aparılacaq. Bu səbəbdən 25 iyul saat 09:30-dan işlər başa çatana qədər S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi və A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Qeyd olunur ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Bu gün saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qazın verilişi gün ərzində bərpa olunacaq.
Ötən il Azərbaycanda 25 min 929 yaşayış evi tikilərək istifadəyə veril

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və in

Suriyada münaqişənin xarakteri dəyişib. Müharibənin qızğın döyüş fa

Payız aylarında bəxti gətirəcək bürclər - ulduzlar bu mövsümdə bəzi

"Uzak şehir"in növbəti mövsümü ilə bağlı xəbər var.

Sumaq - tərkibi faydalı maddələrlə zəngin olan təbii bitki növüdür. O

Dondurma və ya çox soyuq içkilər içərkən bəzi insanların dişlərində

Görünməyəcək qədər sadə və gündəlik davranışlar zamanla münasibət

Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub.

Aktrisa Cəmilə Tağızadənin saçı şampunlu görüntüləri yayılıb. S

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.
