İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı VİDEO


Digərləri 23 İyl 2025 14:35:00 70 0

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı  VİDEO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kibertəhlükəsizliyin qorunması və kibercinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-dən Son.az-a verilən xəbərə görə, bu istiqamətdə Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, "Telegram" və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

Bakıda məşhur mağaza vətəndaşa malı 5 manat baha satdı  4 min cərimələndi like
  • 23 İyl 14:26  
Digərləri Bakıda məşhur mağaza vətəndaşa malı 5 manat baha satdı 4 min cərimələndi

Bakıda "Defacto" mağazalar şəbəkəsi külli miqdarda cərimələn

arrow Ətraflı
Hindistanda "Air India" təyyarəsi enişdən sonra yanıb like
  • 23 İyl 14:15  
Dünya Hindistanda "Air India" təyyarəsi enişdən sonra yanıb

Honkonq - Dehli reysi ilə uçan "Air İndia" aviaşirkətinə məxsus

arrow Ətraflı
Prezident Fərman imzaladı like
  • 23 İyl 14:05  
Siyasət Prezident Fərman imzaladı

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət

arrow Ətraflı
“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı” like
  • 23 İyl 14:03  
Digərləri “Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”

Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı g

arrow Ətraflı
Oktyabrın sonunadək bütün banklar AzQR standarta keçəcək like
  • 23 İyl 13:50  
Digərləri Oktyabrın sonunadək bütün banklar AzQR standarta keçəcək

Oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta keçəcək.

arrow Ətraflı
Zəngəzur layihəsi: 2,4 milyard dollar nəyə xərclənəcək? like
  • 23 İyl 13:28  
Siyasət Zəngəzur layihəsi: 2,4 milyard dollar nəyə xərclənəcək?

Rəsmi Ankara regionun nəqliyyat infrastrukturunu gücləndirmək və ekoloji b

arrow Ətraflı
Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub? like
  • 23 İyl 13:23  
Digərləri Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub?

Sumqayıt şəhərində fəhlənin torpağın altında qalaraq ölməsi ilə ba�

arrow Ətraflı
Prezident İlham Əliyev Şəmkirdə avtomobil yollarının təmirinə 2 milyon manat ayırdı like
  • 23 İyl 13:20  
Siyasət Prezident İlham Əliyev Şəmkirdə avtomobil yollarının təmirinə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq v

arrow Ətraflı
Azərbaycanda bu siqaretlər BAHALAŞDI like
  • 23 İyl 13:18  
Digərləri Azərbaycanda bu siqaretlər BAHALAŞDI

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti art

arrow Ətraflı
Tramp bu ölkə ilə yarım trilyonluq saziş imzaladı like
  • 23 İyl 13:15  
Dünya Tramp bu ölkə ilə yarım trilyonluq saziş imzaladı

ABŞ Prezidenti Donald Tramp Yaponiya, Filippin və İndoneziya ilə əhatəli t

arrow Ətraflı
Suriyada dürzilərin ruhani lideri Şeyx Hikmət Hicri kimdir? like
  • 23 İyl 13:02  
Siyasət Suriyada dürzilərin ruhani lideri Şeyx Hikmət Hicri kimdir?

Suriyanın mürəkkəb dini və etno-konfessional mənzərəsində hər bir icma

arrow Ətraflı
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi like
  • 23 İyl 12:55  
Digərləri 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazi

arrow Ətraflı
Oktyabrın sonunadək bütün banklarda QRla ödəniş tətbiq ediləcək like
  • 23 İyl 12:43  
Digərləri Oktyabrın sonunadək bütün banklarda QRla ödəniş tətbiq ediləcək

Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ed

arrow Ətraflı
Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib like
  • 23 İyl 12:34  
Digərləri Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təq

arrow Ətraflı
Sabah 41 dərəcə isti olacaq like
  • 23 İyl 12:29  
Digərləri Sabah 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında İyulun 24-də hava şətaitinin əsasən y

arrow Ətraflı