61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edildi
Digərləri 23 İyl 2025 12:20:00 80 0
4-22 iyul 2025-ci il tarixləri arasında Türkiyənin müxtəlif bölgələrində baş vermiş 61 meşə yanğını ilə bağlı 23 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 4-ü barəsində həbs qətimkan tədbiri seçilib, 19-u isə məhkəmə nəzarəti altına alınıb.
Bu xəbəri də oxu: Nazir bu idarəyə rəis təyin etdi FOTO
Son.az xəbər verir ki, "Yeni Şafak" xəbər verir ki, araşdırmalar zamanı yanğınların əksəriyyətinin insan faktoru - ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş verdiyi müəyyən edilib. Qeyd olunan müddətdə ölkənin müxtəlif bölgələrində, xüsusilə Eskişehir, Balıkesir, Uşak, Tekirdağ, Tunceli, Konya, Kütahya, Bolu, Manisa və Bilecik vilayətlərində baş verən yanğınların səbəbləri və məsul şəxslər araşdırılıb.
Məlum olub ki, bəzi yanğınlar presləmə və otbiçmə maşınlarından çıxan qığılcımlar, kombaynların fəaliyyəti zamanı yaranan alovlar, qaynaq aparatı ilə görülən işlər, hətta çay dəmləmək üçün yandırılan od nəticəsində baş verib.
Bəzi hallarda isə vətəndaşların məsuliyyətsiz davranışları - məsələn, quru otların yandırılması və ya avtomobil mühərrikindən çıxan istilik səbəbilə yanğınların meşə ərazilərinə yayılması müşahidə edilib.
Hadisə ilə bağlı istintaq davam edir. Hüquq-mühafizə orqanları meşə yanğınlarına səbəb olan hər kəsə qarşı sərt tədbirlərin görüləcəyini bildirir.
Fidan Son.az
Saatlı rayonu prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı a�

Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq tarixi maksimuma - 77,

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzası

Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı - İnqila

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Qayınana" serialında yaşad

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiy

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı əsilli iş adamı Elvin �

Deputat Novruz Aslanov gördüyü işlər barədə hesabat verdi

Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin
