Mərkəzi Bank uçot dərəcəsini endirdi
Digərləri 23 İyl 2025 10:04:00 90 0
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb.
Bu xəbəri də oxu: Sənədsiz evdə yaşayanların DİQQƏTİNƏ 15 gün vaxtınız var
Son.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd edilib ki, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.
Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.
İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7%, ödənişli xidmətlər üzrə 7.2%, qeyri-qida məhsulları üzrə isə 2.8% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.
Son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0.6%, o cümlədən ərzaq qiymətləri indeksi 4.2% azalıb.
Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Ötən iclasdan bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7.03%, iyulun ötən dövründə isə 7.15% olub. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır. Bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır.
Baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək.
Bu qərar 24 iyul 2025-ci il tarixindən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il sentyabr ayının 10-da ictimaiyyətə açıqlanacaq.
Astroloji baxışa görə, bəzi bürclər hazırda həyatlarında böyük aydı

Hollivud aktyoru Bryus Uillisin səhhəti daha da pisləşib.

"Payız aylarında daşınmaz əmlak bazarında qiymət artımı son illər

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd k

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi

Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışm�

Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməs

Astroloqlar əhəmiyyətli peşəkar yüksəkliklərə çata bilən və çoxlu p

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərini

Yeməkdən sonra cəmi 30 dəqiqəlik gəzinti bağırsaq xərçəngi də daxil

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat El

Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaş

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
