Baş nazir qərar imzaladı Xarici dövlətlərin yük avtomobilləri...
Digərləri 21 İyl 2025 13:07:00 82 0
Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası təsdiqlənib.
Bu xəbəri də oxu: Bu küçələrdə də taksiyə minibdüşə bilərsiniz
Son.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır:
- dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
- xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.
Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüksüz keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.
Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüklə keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eyni vaxtda bəyan edilir.
Avroviziya təmsilçimiz Nadir Rüstəmliyə ağır itki üz verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikililər sökülüb

"Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib&qu

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində

Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbək

Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaro�

ABŞ prezidenti Donald Trampın BRİKS ölkələrinə qarşı sərt ritorikasın

Ukraynanın paytaxt Kiyev də başda olmaqla, bir sıra vilayətləri Rusiya or

Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu" körpüsünün üz

2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər Bakının təkrar mənz

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xalq artisti Oleq Qazmanovu axtarı

Şuşada "Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiy

Beynəlxalq klimatoloqlar qrupu planetimiz və xüsusən də bəşəriyyət üç
