Evliliyindən peşman olan
Şou-biznes 20 İyl 2025 05:05:00 74 0
Uğur və şöhrətə baxmayaraq, məşhurlar da şəxsi həyatlarında səhvlərdən sığortalanmayıb.
Bu xəbəri də oxu: "O, hələ gün işığı görməyib"
Son.az evliliyində məyusluq yaşayan və bu təcrübənin onların sevgi və münasibətlərə baxışlarını dəyişdirdiyini etiraf edən 4 ulduzun hekayəsini təqdim edir:
Britni Spirs
2000-ci illərin pop ikonası Britni Spirs təkcə sənət aləmində deyil, şəxsi həyatında da çətin sınaqlardan keçib. Psixoloji vəziyyəti, atası tərəfindən himayəyə alınması və şəxsi münasibətləri tez-tez medianın gündəmində olub.
İlk evliliyi uşaqlıq dostu Ceysonla cəmi 55 saat davam edib. Britni bu qərarın "axmaq bir səhv" olduğunu etiraf etsə də, sadəcə evli olmağın necə bir hiss olduğunu yaşamaq istəyib.
İkinci əri rəqqas Kevin Federlayn olub. Əvvəlcə münasibətləri sakit görünüb, lakin boşanma halında Britninin hər il üçün pul ödəməsini nəzərdə tutan qəribə nikah müqaviləsi bağlayıblar. Kevin xəyanət etdikdən sonra Britni dərin psixoloji böhran keçirdi və klinikaya yerləşdirilib. Bu hadisədən sonra o, qeyri-qabiliyyətli elan edildi və atası onun qəyyumu olub. Ancaq 2021-ci ildə Britni atanın qəyyumluğundan azad edildi və yenidən öz həyatının məsuliyyətini öz üzərinə götürüb. Daha sonra aktyor Səm Əsğəri ilə evlənib, lakin bu nikah da bir neçə ildən sonra başa çatıb.
Demi Mur
Aktrisa Demi Mur 80-ci illərdən Hollivudun tanınmış simalarından biridir. Onun üç evliliyi də boşanma ilə nəticələnib.
İlk əri musiqiçi Freddi Mur idi, lakin bu evlilik qısa sürüb və Demi özü xəyanət etdiyini etiraf edib. İkinci əri aktyor Bryus Uillis olub. Onların üç qızı var. Cütlük uzun müddət ideal ailə nümunəsi hesab edilsə də, 1998-ci ildə ayrılıblar.
Sonuncu əri gənc aktyor Eşton Katçer oldu. Onlar uşaq sahibi olmağa çalışıblar, lakin hamiləlik 6-cı ayda pozulub. Bu hadisə Demi üçün ağır zərbə olub, nəticədə içkiyə qurşanıb. Katçer xəyanət etdikdən sonra 2011-ci ildə boşanıblar. Boşanmalardan sonra Demi çəkilmə dövrü yaşayıb. Mediada alkoqol və yüngül narkotiklərlə mübarizəsi haqqında xəbərlər yayılıb.
Bir çox insan üçün dərman udmaq əsl problemə çevrilə bilər. Bu səbəb

Yeni elmi araşdırma sübut edib ki, yetkin yaşda fiziki aktivliyə başlamaq

İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq

Alimlər xəbərdarlıq edir ki, dünyada milyonlarla insanda rast gəlinən Hel

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində I

Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılacaq.

Müğənni Gülay Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Peruda keçirilən bir dəfn mərasimi gözlənilməz görüntülərlə gündəm

Türkiyəli aktrisa Hande Erçel tanınmış modelyer Eli Saabın oğlu Selio Sa

Bazar ertəsi Zaqatala şəhərinin bir hissəsində qaz olmayacaq.

Çində yeni infeksiya olan çikunqunya qızdırması sürətlə yayılmağa ba�
