Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub FOTO
Siyasət 18 İyl 2025 14:00:00 76 0
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Bu xəbəri də oxu: Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba �

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ray

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunma

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ş�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Taba

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

2022-ci ildən bəri qlobal enerji nizamında təlatümlü bir dəyişiklik baş

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bi

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkə

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış ha
