II və III qruplar üzrə qəbul imtahanının nəticəsi açıqlandı


Digərləri 17 İyl 2025 19:23:00 71 0

II və III qruplar üzrə qəbul imtahanının nəticəsi açıqlandı

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Son.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Azərbaycanlı müğənni bu məşhur həkimlə evli olub like
  • 17 İyl 19:16  
Şou-biznes Azərbaycanlı müğənni bu məşhur həkimlə evli olub

Müğəni Elit Star Cəmilə şəxsi həyatı ilə diqqət çəkib. 

arrow Ətraflı
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi like
  • 17 İyl 19:02  
Digərləri Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi

Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazid

arrow Ətraflı
“Evim ipotekadadır” like
  • 17 İyl 19:00  
Şou-biznes “Evim ipotekadadır”

Müğənni Zenfira İbrahimova maraqlı etiraf edib.

arrow Ətraflı
Meşə yanğınlarının əsas səbəbləri açıqlandı like
  • 17 İyl 18:47  
Digərləri Meşə yanğınlarının əsas səbəbləri açıqlandı

Azərbaycanda son vaxtlar bölgələrdə yanğınların sayı artıb və bəzən

arrow Ətraflı
Azərbaycanlı müğənni vəfat etdi like
  • 17 İyl 18:31  
Şou-biznes Azərbaycanlı müğənni vəfat etdi

Gənc ifaçı Qəşəm Cəfərov dünyasını dəyişib. 

arrow Ətraflı
Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının like
  • 17 İyl 18:13  
Digərləri Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən 1987-ci il təv

arrow Ətraflı
Azərbaycanda 20dən çox platforma operatoru cərimələndi like
  • 17 İyl 18:00  
Digərləri Azərbaycanda 20dən çox platforma operatoru cərimələndi

İctimai iaşə obyektləri operatorlarla müqavilə bağlayanda həmin müqavil

arrow Ətraflı
Qazaxıstan XTQ mənsubları Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb like
  • 17 İyl 17:50  
Siyasət Qazaxıstan XTQ mənsubları Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb

Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi T

arrow Ətraflı
DTXnin saxladığı Talışxanovun məhkəməsi başladı like
  • 17 İyl 17:37  
Digərləri DTXnin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirəda

arrow Ətraflı
"Nəvəsinə ad günündə brilliant qaşlı maşın hədiyyə etdim" like
  • 17 İyl 17:30  
Şou-biznes "Nəvəsinə ad günündə brilliant qaşlı maşın hədiyyə etdim"

Müğənni Mətanət Əsədova maraqlı açıqlamalar verib.

arrow Ətraflı
İsraillə Suriya arasında savaşa səbəb olan müsəlman Druzlar kimlərdir? like
  • 17 İyl 17:21  
Dünya İsraillə Suriya arasında savaşa səbəb olan müsəlman Druzlar kimlərdir?

Suriyanın cənubunda baş verən toqquşmalar, druz icması və onların region

arrow Ətraflı
Türkiyədə meşə yanğınları davam edir like
  • 17 İyl 17:10  
Digərləri Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınlar

arrow Ətraflı
Samir Nuriyev BƏƏnin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşüb  FOTO like
  • 17 İyl 17:07  
Siyasət Samir Nuriyev BƏƏnin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşüb FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhb�

arrow Ətraflı
Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır?  Açıqlama like
  • 17 İyl 17:00  
Digərləri Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? Açıqlama

Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarl

arrow Ətraflı
Bakıda bu məşhur bazarın adı dəyişdi like
  • 17 İyl 16:58  
Digərləri Bakıda bu məşhur bazarın adı dəyişdi

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin

arrow Ətraflı