Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi
Digərləri 15 İyl 2025 17:50:00 82 0
Ziraat Bank Azərbaycan 2025-ci ilin ikinci rübünü güclü maliyyə göstəriciləri ilə başa vurub. Bankın aktivləri ötən ilin analojı dövrü ilə müqayisədə 38.2 % artım nümayiş etdirib. Bununla da, Bankın fəaliyyət göstərdiyi müddət ərzində aktivlərin cəmi ilk dəfə 1 milyard manat həddini keçib. Bu göstərici Bankın bazardakı mövqeyini daha da möhkəmləndirməklə yanaşı, dayanıqlı və strateji böyüməsinin bariz nümunəsidir.
Real sektorun inkişafını daim dəstəkləyən Bankın biznes kreditləri portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 576 milyon manatı keçib. Bu artım, Ziraat Bank Azərbaycanın ölkə iqtisadiyyatına verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərir. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən Bankın ümumi kredit portfeli 18.1 % artaraq 625.6 milyon manata çatıb.
Bankın depozit portfelində (banklar istisna olmaqla) də artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın depozit portfeli 27.6% artaraq 738 milyon manatı keçib. Bu da müştəri etibarının artmasının əsas göstəricilərindən biridir.
Bankın kapitalı da artmaqda davam edir. İlin əvvəlindən etibarən Ziraat Bank Azərbaycanın kapitalı 8.1% yüksələrək 144 milyon manatı keçib. 2025-ci ilin ikinci rübündə Bankın əməliyyat mənfəəti 15.9 milyon manat, xalis mənfəəti isə 10.1 milyon manat təşkil edib.
Bu göstəricilər, Ziraat Bank Azərbaycanın maliyyə dayanıqlığının və böyümə potensialının güclü olduğunu təsdiqləyir.
Ziraat Bank Azərbaycan ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən Bank, hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filial və Quba şəhərində yerləşən 1 şöbə ilə, həmçinin rəqəmsal platformalar üzərindən müştərilərə xidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətmə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Bakıda satılan ən bahalı mənzillər məlum olub.

Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaran

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini u

Ukraynanın Baş naziri Denis Şmıxal iyulun 15-də istefa ərizəsini təqdim

Teleaparıcı Vüsalə Əlizadənin aparıcısı olduğu verilişə geyimi ilə

Hacıqabul rayonunda (Bakı-Ələt-Qazax avtomobil yolunun 120-ci kilometrliyi)

Bakıda çimərlik ərazilərdə suda görünən ilanlar həmin yerlərdə qəfi

Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin veriliş

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bu ilin oktyabr ayında Rusiy

Sonradan başa düşdüm"

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefo
