Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub VİDEO FOTO
Digərləri 15 İyl 2025 13:10:00 59 0
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günlərinə start verilib. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək.
Bu xəbəri də oxu: “Koronavirus gələcəkdə də olmağa davam edəcək”
Trend xəbər verir ki, poeziya günlərinə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda başlanılıb.
Ədəbiyyatsevərlər Vaqif poeziyasının işığına ənənəvi olaraq Qazax şəhərinin mərkəzindəki "Şairlər bağı"nda toplaşıb. Açılış mərasimində çıxış edən AYB-nin Qazax bölməsinin sədri, şair Barat Vüsal, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin deputatı Səməd Seyidov, AYB-nin katibi Səlim Babullaoğlu və digər şəxslər Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.
Daha sonra isə söz şairlərə və aşıqlara verilib. Aşıqlar Vaqifin qəzəllərini ifa edib, şairlər isə şeirlərini söyləyib. Tədbirin bədii
hissəsində, həmçinin Səməd Vurğunun "Vaqif" pyesindən səhnəcik nümayiş olunub.
Qeyd edək ki, iyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.
Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda - Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.
Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacaq.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçi sertifikatlarının

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudi

Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə d

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sü

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsə

Bu gün İranda yerli vaxtla saat 10:44-də İranın şimalında yerləşən Sim

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 115-ci mövsümünə dahi bəstə

"4 kanal var, onları bağlayardım"

Baku Network (BN) analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın t

Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ild�

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

...Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işar

İstanbulda universitet tələbəsi olan Ayşə Tokyazın meyiti çamadanın iç

Hindistanın Pəncab ştatında "Turbanlı Tornado" ləqəbli, dünyan
