“Yalandan yazıblar ki, qızım var...”
Şou-biznes 10 İyl 2025 11:41:00 66 0
"Çıx qatar yoluna hər axşam-səhər,
Bu xəbəri də oxu: Doğuş "topu Xoşqədəmə ötürdü" FOTO
Çıx qatar yoluna, məni qarşıla..."
Onunla müsahibəyə gedəndə yolboyu bu mahnını zümzümə edirdim. Çünki çoxumuz Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi Cavan Zeynallını məhz bu ifası ilə tanıyırıq.
Sosial şəbəkədə qarşımıza çıxan sonuncu - arıqladığını hiss etdiyimiz videosundan sonra zəng edib həm hal-əhval tutduq, həm də həmsöhbət olmaq istədiyimizi dedik. Qəbul etdi, amma həftəsonu zəng etdiyimiz zaman xəstə olduğunu, evdən çölə addım atmadığını bildirdi. Şəfa diləyib dəstəyi asmaq istəyəndə "Dayan, gözlə, dəstəyi asma", - dedi.
- "Müsahibəni sonraya saxladığım üçün, qoy sənə bir mahnı ifa edim".
Özümə də qəribə gəldi. Royalının qarşısına keçib "Ey həyat, sən nə qəribəsən" mahnısını ifa etdi. Axı 20 il "Qaya"nın da üzvü olmuşdu. Yaşı doğrudan da ondan yan keçib. Həm xəstə halı ilə ifa etməyi, həm də məndə maraqlı bir xatirə yaratdığı üçün ona təşəkkür etdim. Və nəhayət, 3 həftənin sonunda onunla görüşə bildik. Hava yaxşı idi, həm də gəzməyi sevdiyi üçün parkda kölgəlik bir yer tapıb əyləşdik...
Videonu buradan izləyə bilərsiniz:
- Artıq 80 yaşı haqlamısınız. Yaşınız artsa da, adınızdan heç vaxt uzaqlaşmırsınız. Bu yaşda özünü ruhən cavan hiss etmək üçün nə edirsiniz?
- Əvvəlcə, onu deyim ki, öz adım Cavan yox Cavanşirdi. Uzun illər bundan əvvəl adımdakı "şir"i çıxarmışam. Bu yaşda cavan hiss etməyimə səbəb isə pianoda ifa etməyimdir. Musiqi öz işini görür. Mən pianoda ifa edəndə görürəm ki, üzüm də gülür. Həm ifa edirəm, həm də oxuyuram.
Musiqi ilə sağlam oluram. Yoldaşım Röya xanım 3 il bundan əvvəl vəfat edib. Ondan sonra, ümumiyyətlə, pianoda ifa etmədim. Televiziyaya, radioya çağırırdılar, deyirdim, gələ bilmərəm. Psixoloq Ramiz var, o dedi ki, Cavan, sən çox arıqlamısan. Səbəbi nədir görəsən? Dedim, həm az yeyirəm, həm də ifa etmirəm. Həmin psixoloq qayıtdı ki, əsas səbəb ikincidir.
O mənə həftədə 3 dəfə 30 dəqiqə ifa etməyi tövsiyə etdi. Onun dediyini etdim, 1, 3, 5-ci günlər pianomda ifa edirəm. İlk 2 həftə heç bir müsbət təsirini görmədim. Özünə də bildirdim. Dedi ki, 1 ay dediyimə əməl et, sonra zəngləşərik. 20 gün keçəndən sonra baxdım ki, gülürəm, üzüm-gözüm açılıb. Fikirləşdim ki, 1 ay tezdir, 3 aydan sonra ona zəng edim. 3 ay müddətində ifa edə-edə, həm də oxudum. Zəng elədim ona, dedim ki, ay Ramiz, mən indi ifa edəndə gülürəm, ürəyim açılır. Artıq 1 ildir ki, onun sözlərinə əməl edirəm.
- Həmişə deyirsiniz ki, çox gəzirsiniz. Həkimlər də elə bunu məsləhət görürlər.
- Bəli, çox gəzmək də idmandır. Hər gün çıxıb gəzirəm. Çox sevirəm gəzməyi. Bu aralar bir az xəstələndim, ona görə həkim iynə-dərman yazdı. İndi yavaş-yavaş yaxşılaşıram. Məni xəstələndirən də hava oldu. Hava gah isti, gah soyuq olur. Hamı mənə deyir ki, gəzmə, xəstələnəndən sonra necə ifa edib, oxuyacaqsan?
- Oxumaq demişkən, tədbirlərə gedirsinizmi?
- Tədbirlərə çox az gedirəm. Xoşuma gəlmir. Harada çox adam olursa, oradan qaçıram. Çağırırlar, istəyirlər gedim oxuyum 1-2 saat. Deyirəm yox, ancaq 30 dəqiqə oxuya bilərəm. Pulumu alıb gəlirəm. Mənə rahat olmaq lazımdır. TV-lərə çağırırlar, amma çox getmirəm, baxıram orada kim olacaq. Cavanlar varsa, heç getmirəm. Ümumiyyətlə, hər adam çağırılan verilişə getmirəm.
- Bayaq dediniz ki, yoldaşınız 3 il əvvəl rəhmətə gedib. Sizin yoldaşınız da psixoloq olub. Necə xatırlayırsınız onu?
- Bəli, Röya 3 ildir vəfat edib. Yoldaşım qusarlı idi, onu orada dəfn etdik. 1 həftə bundan əvvəl də gedib ziyarət etdim. Onu Bakıda dəfn etmək istədim, amma qohumları gəldi, dedi ki, o, ölməmişdən əvvəl vəsiyyətini yazıb, Qusarda öz yaxınlarının yanında dəfn olunmağını istəyir. Elə orada da dəfn etdik.
Dayanır... Ətrafdakı göyərçinlərə baxıb, onların da necə gözəl oxuduğunu deyir.
- İndi tək yaşayırsınız?
- Cənab Prezident İlham Əliyev mənə ev bağışlayıb. Qohumlarım var, gəlib 2 gün mənimlə qalırlar, sonra evlərinə gedirlər, tək qalıram. Pianoda ifa edənlər, musiqi yazanlar gərək tək olsun. Çünki evdə kimsə olanda mane olurlar. 2-3 gün tək qalandan sonra zəng edirəm, yenidən gəlirlər.
- Vaxtilə sizə Amerikadakı caz klubların birindən təklif gəlir, bir müddət orada qalırsınız, sonra yenə vətənə qayıdırsınız. Niyə oralarda yaşamaq istəmədiniz?
- Yoldaşım həmişə Amerikaya köçmək istəyirdi. Orada mənim çoxlu dost-tanışım var idi. Röya ilə birgə Nyu-Yorka getdik. Dedi ki, canik, bəlkə bura köçək? Dedim, hələ bir burada yaşa, sonra qərar verərik. Məni də caz kluba saldılar, onlar məni tanıyırdı, Bakıya, Moskvaya gələndə, onlar üçün pianoda ifa edirdim. Orada amerikalı skripkaçı var idi, mənimlə birgə ifa etmək istəyirdi. Dedim, mənə skripka ilə müşayiət lazım deyil. Əslində onun ifasını bəyənmirdim. Orada da dedilər ki, "only one".
Həm ifa edirdim, həm də oxuyurdum. Bəzən Frank Sinatranın, Tom Consun mahnılarını da ifa edirdim. Orada bizə ev verdilər, düz meşənin yanında. 3 ay keçdi Röya dedi ki, canik, gəl gedək öz evimizə. Fikirləşirdim, yarım il sakit burada işləyim, yaxşı da pul verirdilər. Soruşdum, niyə belə çox darıxırsan? Bizim Bakıda həyətdə iki maşınımız var idi. Qorxurdu ki, kimsə nəsə edər. Mən də qorxdum. Hərdən nəsə deyirdi, onun dediyi də düz olurdu.
- Maşınlarınıza nəsə oldu bes?
- Yox. (Gülür)
- Qayıtdığınıza peşmansınız?
- Yox. Bakıya gələndə hiss etdim ki, buranı çox sevirəm. Elə Röyaya da dedim ki, yaxşı edib gəldik. Mən öz vətənimi sevirəm.
Gözləri yol çəkir. Bu vaxt yadıma elə bu situasiyanı izah edən atalar sözü düşür: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı..."
Azərbaycanda müharibə əlilləri və şəhid ailələri dövlət tərəfində

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb.

Məşhur müğənni Rihanna mayın 31-də vəfat edən atası Ronald Fentinin Ba

Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin (BDU) nəzdin

"Təxminən 56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb"

İyulun 13-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Tolstoy yaşayış məntəq�

ABŞ prezidenti Donald Tramp Şon Daffinə vəzifə verib.

Bu həftə bəzi bürclər üçün ürək döyüntüləri sürətlənəcək! Uld

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğı

Aparıcı Zaur Kamal bu ayın sonunda tamaşaçılarla sağollaşacağını bi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirinin müavini

İstanbulun Şile rayonunda bələdiyyəyə qarşı əməliyyat keçirilib.
