İngilis dilinizi bu sadə üsullarla təkmilləşdirə bilərsiniz
Digərləri 10 İyl 2025 06:06:00 98 0
B1 səviyyəsində olan şəxslər artıq gündəlik həyatda əsas mövzularla ingilis dilində ünsiyyət qura bilirlər. Lakin dil bacarıqlarını daha da inkişaf etdirmək üçün planlı və istiqamətli şəkildə çalışmağa ehtiyac var. Bu səviyyədən yuxarı səviyyələrə yüksəlmək istəyənlər üçün ekspertlər bir neçə əsas məsləhət verir.
Bu xəbəri də oxu: Diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur
Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, danışıq bacarığını artırmaq üçün ana dili ingilis dili olanlarla ünsiyyət qurmaq, danışıq məşqləri keçirmək və öz səsini qeyd edib təhlil etmək faydalıdır. Dinləmə bacarığını inkişaf etdirmək üçün isə B1 səviyyəsinə uyğun YouTube kanallarına baxmaq, sadə altyazılı filmlər izləmək və səviyyəyə uyğun podkastlar dinləmək tövsiyə olunur.
Qrammatikanı yaxşılaşdırmaq üçün məşhur "Cambridge English Grammar in Use" kitabından istifadə etmək, gündəlik qısa mətnlər yazmaq və yazdıqlarını "native speaker"lərdən düzəliş almaq vacibdir. Söz ehtiyatını artırmaq üçün gündə 5-10 yeni söz öyrənmək, onları cümlələrdə işlətmək və kart sistemlərindən faydalanmaq məsləhət görülür.
Həmçinin, ingilis dilində təcrübə yaratmaq üçün telefon və kompüter menyularını ingilis dilinə keçirmək, sosial mediada ingilis dilində məzmunları izləmək və gündəlik həyatda dilə yer vermək lazımdır.
Ekspertlərin tövsiyələrinə əsasən, həftəlik məşq planı hazırlanaraq müntəzəm məşğələlər aparmaq effektiv nəticə verir. Məsələn, həftənin müəyyən günlərində söz öyrənmək, danışıq məşqləri etmək, qrammatika mövzularını oxumaq və filmlər izləmək vacibdir.
Beləliklə, B1 səviyyəsində ingilis dilini təkmilləşdirmək istəyənlər üçün əsas yol planlı şəkildə praktikada olmaq, müxtəlif mənbələrdən istifadə etmək və müntəzəm məşqlər aparmaqdır. Bu yanaşma dil səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayır.
Aysel Əkbər Son.az
Ginekoloq Emin Haqverdiyev bu sahəsini seçdiyinə görə heç vaxt peşman ol

"Yaprak Dökümü" serialının simvolik məkanı sayılan, Beylerbeyi

Boşanmış valideynlərin azyaşlı və əlil uşaqları olduqda, həm aliment,

"Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşa

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Azərbaycanda ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətl�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabid

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində gərgin anl

"X" şirkətinin baş direktoru Linda Yaccarino istefa verib.

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin müavini Mi

Dağıstanda 270-dən çox uşaq içməli sudan zəhərlənib.
