24 nəfəri xəstəxanalıq edən sürücü qanunsuz işləyirmiş


Digərləri 09 İyl 2025 16:24:00 57 0

24 nəfəri xəstəxanalıq edən sürücü qanunsuz işləyirmiş

"Bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub". 

Bu xəbəri də oxu: 650 abonent qazsız qalacaq

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları "Avtomobil nəqliyyatı haqqında" qanun, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları" ilə tənzimlənir.

Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada "AYNA" informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. 

Qeyd edək ki, Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində baş verən ağır qəza zamanı 24 nəfər xəsarət alıb. Onların əkin sahəsində çalışdığı və hadisənin sahəyə gedərkən baş verdiyi bildirilir. 

---------

09:09

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

Bu barədə Son.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbərə aid video

3 min abonentin qazı kəsiləcək like
  • 09 İyl 16:07  
Digərləri 3 min abonentin qazı kəsiləcək

Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Tramp Maskın atasına like
  • 09 İyl 15:56  
Dünya Tramp Maskın atasına

Son günlər ərzində Trampın Rusiyaya və şəxsən Putinə qarşı ritorikas

arrow Ətraflı
Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarından DANIŞDI like
  • 09 İyl 15:53  
Digərləri Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarından DANIŞDI

"Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfi ilə

arrow Ətraflı
Bu 4 bürc üçün möcüzəvi günlər yaxındadır  Parlaq dövr başlayır like
  • 09 İyl 15:41  
Digərləri Bu 4 bürc üçün möcüzəvi günlər yaxındadır Parlaq dövr başlayır

Astroloqların son proqnozlarına görə, bəzi bürcləri qarşıdakı günlər

arrow Ətraflı
Bu market yararsız məhsullar SATIRMIŞ like
  • 09 İyl 15:36  
Digərləri Bu market yararsız məhsullar SATIRMIŞ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfin

arrow Ətraflı
Türkiyədə prezident seçkiləri bu tarixdə keçiriləcək like
  • 09 İyl 15:22  
Digərləri Türkiyədə prezident seçkiləri bu tarixdə keçiriləcək

Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçirilməsi gözlənilir.

arrow Ətraflı
Xəstəlikdən ÖLDÜ  Atası dərman almağa gedərkən dünyasını dəyişmişdi like
  • 09 İyl 15:14  
Digərləri Xəstəlikdən ÖLDÜ Atası dərman almağa gedərkən dünyasını dəyişmişdi

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən d

arrow Ətraflı
Oğuzhan Koç dəbdəbəli villa aldı  Qiyməti like
  • 09 İyl 15:05  
Şou-biznes Oğuzhan Koç dəbdəbəli villa aldı Qiyməti

Türkiyəli müğənni Oğuzhan Koç qazandığı pulları daşınmaz əmlaka ya

arrow Ətraflı
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI like
  • 09 İyl 14:53  
Digərləri Bakıda falçı evini satan qadının başına OYUN AÇDI

Bakıda falçı qadını aldadaraq 190 manatını alıb.

arrow Ətraflı
Prezident Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib like
  • 09 İyl 14:52  
Siyasət Prezident Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş

arrow Ətraflı
Şəfa Əlizadə vəfat etdi like
  • 09 İyl 14:50  
Digərləri Şəfa Əlizadə vəfat etdi

Bakı Dövlət Universitetinin 39 yaşlı əməkdaşı Şəfa Əlizadə vəfat e

arrow Ətraflı
Azərbaycanda ən çox bu rayonda boşanırlar like
  • 09 İyl 14:38  
Digərləri Azərbaycanda ən çox bu rayonda boşanırlar

Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox D

arrow Ətraflı
Bu gün dünyada ilk yaşanacaq like
  • 09 İyl 14:37  
Dünya Bu gün dünyada ilk yaşanacaq

Bu gün, iyulun 9-da ən qısa gün gözlənilir. Adətən Yer öz oxu ətrafın

arrow Ətraflı
Tanınmış müğənnilər Musa Musayevə "İLİŞDİLƏR" like
  • 09 İyl 13:53  
Şou-biznes Tanınmış müğənnilər Musa Musayevə "İLİŞDİLƏR"

Müğənni Nazim Pişiyari əcnəbi dildə mahnı oxuyan sənətçiləri qınay�

arrow Ətraflı
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşəcək like
  • 09 İyl 13:42  
Siyasət İlham Əliyev BƏƏ Prezidenti ilə görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə

arrow Ətraflı