Həkimlər 10 ildir tapa bilmirdi "ChatGPT" nadir xəstəliyin diaqnozunu qoydu
Digərləri 09 İyl 2025 00:24:00 78 0
"ChatGPT"nin 10 ildən artıq davam edən izaholunmaz sağlamlıq probleminin əsas səbəbini müəyyən etdiyi ortaya çıxıb. Bir çox həkim, mütəxəssis və nevroloq tərəfindən dəqiq diaqnoz qoyula bilməyən simptomlar süni intellektin sayəsində izah olunub.
Bu xəbəri də oxu: Bakıda məşhur bazarda yararsız balıqlar satırlarmış
Son.az xəbər verir ki,sosial şəbəklərdə yayılan bir paylaşımda istifadəçi bildirib ki, illərlə MRT, KT, geniş qan analizləri, "Lyme" xəstəliyi testləri daxil olmaqla bir çox tibbi müayinələrdən keçib. ABŞ-ın aparıcı səhiyyə şəbəkələrində bir neçə həkim və mütəxəssislə məsləhətləşsə də, konkret bir nəticə əldə edilməyib.
"Hər dəfə ya 'normal' cavab alırdım, ya da simptomlarım psixoloji səbəblərlə əlaqələndirilirdi. Əslində isə heç kim əsas problemi tapmırdı," - deyə istifadəçi qeyd edir.
Nəhayət, istifadəçi öz bütün tibbi tarixçəsini və laboratoriya nəticələrini "ChatGPT"yə təqdim edir. Süni intellekt nəticələri təhlil edərək MTHFR genində A1298C homozigot mutasiyası ehtimalını irəli sürür - bu genetik mutasiya əhalinin 7-12%-ni təsir edə bilər və B12 vitamini istifadəsində pozuntuya səbəb olur.
"B12 səviyyəm normal idi, amma "ChatGPT" mutasiyanın səbəb olduğu funksional çatışmazlığa diqqət çəkdi. Bu detal illərlə heç bir həkimin ağlına gəlməmişdi" .
Milli Məclisin "Qaz Təchizatı Haqqında" yeni qanun layihəsi cəmi

"Apple" 2027-ci ilin ikinci rübündə foto və video çəkməyə və

Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara sə

İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın Sabi

Rus Pravoslav Kilsəsinin nümayəndəsi Vitali Rıbakov "İvan Kupala"

ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında tezliklə

Son illər gənclər arasında rəsmi nikah olmadan birlikdə yaşamaq halları

Parisdə Azərbaycan səfirliyinin binasına hücum edən radikal erməni millə

Yaponiyanın "Nissan" şirkəti mühərrik problemləri səbəbindən

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kə

Hər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar b�

Son.az "Teen Vogue"a istinadla xəbər verir ki, bu həftənin ən bö
