Fazil Mustafaya suiqəsd etmək istəyənlərlə bağlı QƏRAR
Kriminal 08 İyl 2025 17:38:00 68 0
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov barələrində olan hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Xəstə anasına görə faizə pul götürüb sələmçini öldürdü müharibə iştirakçısından dəhşətli CİNAYƏT
Son.az axar.az-a istinadən bildirir ki, bu gün Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.
Qeyd edək ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq sui-qəsd edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Müğənni Şəbnəm Tovuzlu istirahət üçün Türkiyəyə üz tutub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnst

Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Qurban Primovun 145 illik

Türkiyədə CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qər

Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişi

Dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilib.

2025-ci il aprelin 28-də Əmman şəhərində imzalanmış "Azərbaycan Re

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət v

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütb�

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlı�

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 14 yaşlı yeniyetmənin bı

Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu Q

Avroviziya təmsilçilərimiz Tural və Turan qardaşlarından biri söylədikl

İsrail ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini
