Bu quruma rəis və rəis müavini təyin olundu


Digərləri 07 İyl 2025 20:25:00 87 0

Bu quruma rəis və rəis müavini təyin olundu

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib.

Son.az xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub.

Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, uzun illər işğal altında qalmış, lakin bu gün Azərbaycanın suverenliyi və əzmi ilə yenidən dirçələn ərazilərdə həyata keçirilən hər bir layihə dövlətimizin gələcəyə verdiyi önəmin göstəricisidir.

Şərqi Zəngəzur uzun illər işğal altında qalmış ərazilərimizdəndir. 30 il ərzində bu bölgədə bütün infrastruktur dağıdılmış, yaşayış mühiti tamamilə məhv edilmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız işğaldan azad olundu. Azad olunan ərazilərə həyat məhz o gündən etibarən qayıtmağa başladı. Hazırda Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, regionun sosial-iqtisadi dirçəlişi üçün sistemli addımlar atılır.

"Bu tarixi zəfəri mümkün edən Ali Baş Komandana və Azərbaycan Ordusuna dərin təşəkkürümüzü bildiririk. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzu edirik. İndi şükürlər olsun ki, bu torpaqlarda aparılan yenidənqurma və bərpa proseslərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və xüsusilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rolu mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə bu fəaliyyətlər regionda dayanıqlı həyatın formalaşmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ekoloji tarazlığın təmin olunmasına töhfə verəcək," - deyə Tural Abbasov bildirib.

Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq like
  • 07 İyl 20:17  
Kriminal Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq

Xankəndi şəhərində yerləşən Dövlət Dram Teatrının binasının bərpa

arrow Ətraflı
“Mənə qarşı suiqəsdə cəhd etdilər” like
  • 07 İyl 19:41  
Dünya “Mənə qarşı suiqəsdə cəhd etdilər”

İran prezidenti İsrailin ona sui-qəsd cəhdi etdiyini bildirib.

arrow Ətraflı
Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızını paylaşdı  FOTO like
  • 07 İyl 19:27  
Şou-biznes Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızını paylaşdı FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliy

arrow Ətraflı
Torpaq sahiblərinin diqqətinə: Yenilik tətbiq ediləcək like
  • 07 İyl 19:13  
Digərləri Torpaq sahiblərinin diqqətinə: Yenilik tətbiq ediləcək

Ölkədə hələ də bəzi torpaq sahələrinin dəqiq sərhədləri müəyyən

arrow Ətraflı
İki Dövlət Xidməti birgə əməliyyat keçirdi  FOTO like
  • 07 İyl 19:01  
Kriminal İki Dövlət Xidməti birgə əməliyyat keçirdi FOTO

DTX və DSX birgə əməliyyat keçirib, 42 kq narkotikin ölkəyə keçirilməs

arrow Ətraflı
Üzməyi bilməyən gənc Kürdə boğuldu like
  • 07 İyl 19:00  
Digərləri Üzməyi bilməyən gənc Kürdə boğuldu

Sabirabad rayonunun Ulacalı kəndində 19 yaşlı gənc Kür çayında boğulub

arrow Ətraflı
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı like
  • 07 İyl 18:49  
Kriminal Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında

arrow Ətraflı
Nasaz maşın qəzaya səbəb oldu like
  • 07 İyl 18:28  
Digərləri Nasaz maşın qəzaya səbəb oldu

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması yol-nəqliyyat hadisə

arrow Ətraflı
Rəqsanə Azərbaycana qayıdır: bu işlə like
  • 07 İyl 18:15  
Şou-biznes Rəqsanə Azərbaycana qayıdır: bu işlə

Müğənni Rəqsanə İsmayılova yeni paylaşımı ilə gündəmə gəlib.

arrow Ətraflı
Ermənistan səfiri Rusiya XİNə çağırıldı like
  • 07 İyl 18:11  
Dünya Ermənistan səfiri Rusiya XİNə çağırıldı

Ermənistan səfiri Rusiya XİN-ə çağırılıb.

arrow Ətraflı
Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirildi  FOTO like
  • 07 İyl 17:51  
Kriminal Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirildi FOTO

Barselonanın Palau Dalmases sarayında NARGIS jurnalının təşkilatçılığ�

arrow Ətraflı
"TikTok" yeni proqram hazırlayır  Bu tarixdən... like
  • 07 İyl 17:45  
Digərləri "TikTok" yeni proqram hazırlayır Bu tarixdən...

"TikTok" sosial şəbəkəsinin mütəxəssisləri ABŞ-də xidmətin

arrow Ətraflı
Lətif Zeynallı müdir təyin edildi like
  • 07 İyl 17:39  
Digərləri Lətif Zeynallı müdir təyin edildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat

arrow Ətraflı
İstirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı like
  • 07 İyl 17:35  
Digərləri İstirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.

arrow Ətraflı